Giyanın qətli nəyə mesajdır?
“Lotu Quli” ləqəbli Nadir Səlifov azadlığa çıxdıqdan sonra Türkiyəyə köçüb və ətrafını toplayıb

FİA.Az xəbər verir ki,
“Quli”yə yaxın kriminal qruplar qardaş ölkədə mənzillənib.

Ancaq onun ətrafı zaman-zaman təmizlənməyə başlanıb. Antalyada Gürcüstanın məşhur krminal avtoriteti 60 yaşlı Gayoz Zviadadzenin (ləqəbi Giya Kutaissky) evinin qarşısında güllələnərək öldürülməsi buna növbəti faktdır. Hadisə aprel ayının 8-də Antalyanın Kəmər məhəlləsində baş verib.

Mafiya lideri olduğu təsdiqlənən Gürcüstan əsilli Gaioz Giorkhalidze evindən küçəyə çıxarkən, ağ bir avtomobildən qara maskalı 2 adam tərəfindən güllələnib. Gaioz Giorkhalidze aldığı 6 güllə yarasından hadisə yerində keçinib.

Hadisə nəticəsində ona yaxın olan Giga Petriashvili adlı şəxs də ayağından yaralandığı deyilir. Bu arada hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları 6 nəfəri şübhəli şəxs qismində saxlayıblar.

Gaioz Giorkhalidze Rusiyanın Rostov bölgəsinin ən məşhur mafiya liderlərindən biri olduğu və burada 'Giya Kutaisskiy' ləqəbiylə tanındığı deyilir. Baş verən hadisənin isə bir mafiya hesablaşması olduğu deyilir.

Giya Kutaissky 2012-ci ildə Moskvada saxlanılıb. O, Gürcüstanda silah satışına görə ittiham üzrə beynəlxalq axtarışda olub. Gürcüstan hakimiyyəti onu heçə tutmadı.

Rusiyada miqrasiya qanunvericiliyini pozduğuna görə, oğru hüquqdan məhrum edilib. Zviadadze ənənələrə ciddi əməl edən "köhnə məktəb" lideri sayılırdı.

Türkiyədə yaşayan kriminal avtoritet Nadir Salifov (ləqəbi Quli) azadlığa çıxdıqdan sonra ona yaxın olan əksər mafiya liderləri Türkiyədə yerləşdilər.

Yunanıstanda yaşayan və Qulinin azadlığa çıxdıqdan sonra Türkiyəyə dönənlər arasında Giyas Zviadadze (Giya Kutaissky) və Zaala Makharoblidze (Glekhoviç) oldu.

FİA.Az xəbər verir ki, bundan qabaq Moskvada Azərbaycan cinayətkar qruplaşmasının liderlərindən olan Fuad Rzayev və onun onlarla tərəfdarı saxlanılmışdı.

Fuad Rzayev Lotu Qulinin adından iri ticarət obyektləri, habelə meyvə-tərəvəz bazarlarından xərac yığmaqda günahlandırılır.

“Afo” ləqəbli Fuad Rzayevə Moskvadakı hərəkətlərinə görə səlahiyyəti Quli verib. Məhz Rzayev iş adamları ilə görüşür, onlardan ümumi xəzinəyə ayda 35 min dollar verməyi tələb edirmiş.

Rzayev bir neçə mobil telefondan istifadə edirmiş. Bütün məsələləri isə üzbəüz yox, telefonla həll edirmiş.

O, daimi yaşayış yerini dəyişirmiş. Lotu Quli həbsdən çıxdıqdan sonra onun ətrafının təmizlənməsi prosesi gedir.

Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin ona sui-qəsdi baş tutmasa da, Qulinin həyatına təhlükə hər zaman var.

Üstəlik, adamlarının saxlanması onun erasının tezliklə bitiriləcəyi şübhələri yaradır. Məlumata görə, Lotu Quli ilə Namiq Canıyev çəkişməsinin yeni dövrünün başlanacağı gözlənilir.

18 avqust 2016-cı il tarixində İstanbulun Barbarossa bulvarında öldürülmüş "qanuni oğru" Rövşən Canıyevin (Lənkəranski) qətli ilə bağlı cinayət işində və onun məmur qardaşı Namiq Canıyevin Türkiyədə saxlanılması məsələsində yeni dönüş yaranıb.

Belə ki, Moskvadakı "Çerkizov bazarı"nın və Türkiyədəki "Mardan Palas"-ın keçmiş sahibi, azərbaycanlı biznesmen Telman İsmayılov indi də Rövşən Lənkəranskinin qətlində günahlandırılır.

Rusiya KİV-ləri Rövşən Lənkəranskinin böyük rezonans doğurmuş qətlində Telman İsmayılovun adının hallandığını yazır.

Sən demə, Telman İsmayılov "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifov vasitəsilə killerlərə Rövşən Lənkəranskinin yeri barədə məlumat verib.

Məsələ ondadır ki, Namiq Səlifov "Çerkizov bazarı"nın sabiq sahibinin Ankaradakı villasında onun xüsusi qonağı olub.

Rövşən Lənkəranskinin qətlinin üstü rəsmən açılmayıb və bu cinayətdə Lotu Qulinin əlinin olduğu da sübuta yetirilməyib.

Lakin bir sıra kriminal dairələr əmindir ki, Lənkəranski Lotu Qulinin əli ilə aradan götürülüb. Çünki, uzun müddətdir onlar arasında həll olunmayan münaqişə vardı.