Rusiyada ''zon''u ayağa qaldıran azərbaycanlı ''vor zakon'' Bakıya göndərildi



 

Kriminal aləmdə ''İlqar Dmanisskiyi'' kimi tanınan ''qanuni oğru'' İlqar Əliyev Bakıya deportasiya edildi. Criminal.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, aprelin 12-dəo, Moskva şəhərinin Vnukovo hava limanından Bakıya göndərilib.
DİN rəhbəri Vladimir Kolokoltsev onun deportasiyasına imza atıb. Sənədə görə, Əliyevə Rusiya ərazisinə daxil olmaq ömürlük qadağan olunur. Bəzi məlumatlara görə, Əliyevin vətəninə təhvil qərarı onun yenicə Kirov rayonunda yerləşən İK-17 koloniyasından çıxmasından sonra verilib.
Orada "qanuni oğru" narkotik maddələrdən istifadə ittihamı ilə həbs həyatı keçirib. O daha əvvəllər 2014-cü ildə oğruların sxodkasında tutulmuşdu.
"Starıy Fayton" restoranı - Ded Hasanın keçmiş iqamətgahındakı görüşü Edik Asatryan təşkil etmişdi. Əliyevlə bərabər saxlanılanlar arasında Asatryan ("Edik Tbilisskiy"), Konstantin Borisov ("Kostıl"), Vladimir Ozerski ("Zyuzya"), Viktor Panüşin (Vatya Pan) və s. kimi qanuni oğrular da olub.
40 yaşlı azərbaycanlı "qanuni oğru” 2014-cü il dekabrın sonlarında Rusiyada cəza çəkdiyi ''zon''da qiyam da qaldırmışdı.
Tarix: 13-04-2018, 08:53
Xəbəri paylaş





Xəbər lenti