Mirdamət Sadıqovun Masonların Atəş Lojasının üzvü olması iddiası

 



İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdamət Sadıqovun gözlənilmədən Gəncə Aqrar Universitetə təyinatı, ardınca isə az keçməmiş Almaniyaya və İsrailə müalicə adı altında səfərlər etməsi bir çox müəmmaları ortaya qoyurdu. Hətta özünü yaxın ətrafına Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin ən yaxın dostlarından biri kimi təqdim etməkdən belə, çəkinməməsi, sonradan isə İsmayıllı hadisəsinin əslində heç bir ciddi səbəb olmadan baş verməsi və Mirdamət Sadıqovun orada peyda olması, rəhbərliyə guya ismayıllılarla tək bu adamın dil tapması kimi məruzə edilməklə icra başçısı təyinatının gerçəkləşdirilməsi, adıçəkilən rayonda qədim Alban kilsələrinin olması və daha müəmmalarla dolu söz-söhbətlərin meydana gəlməsinə səbəb ola biləcək şübhələr Sadıqovun ətrafında cəryan etməkdədir. Aldığımız bir neçə informasiya ilə əlaqədar olaraq növbəti yazımızda məhz yuxarıda qeyd etdiyimiz həmin qaranlıq məqamlara bir çıraq tutmağa çalışacağıq.

Bizi izləyin…

Ə.Arifə

Reportyor.info

Tarix: 20-04-2018, 09:33
Xəbəri paylaş





Xəbər lenti