"Pokrovka Məhərrəm” kimi tanınan biznesmenin həbsinə səbəb olan VİDEO







Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Moskvda SOBR xüsusi təyinatlıları tərəfindən əlləri qandallanaraq saxlanılan tanınmış azərbaycanlı iş adamı, "Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov yenidən həbs olunub. Criminal.az xəbər verir ki, Məhərrəm Həsənov artıq İstintaq təcridxanasına gətirilib.
Xatırladaq ki, daha əvvəl Moskva vilayətinin İstra rayon məhkəməsi onunla bağlı ev dustaqlığı qətimkan tədbiri seçmişdi. Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (dələduzluq) üzrə araşdırma aparılır.
Qeyd edək ki, "Pokrovka Məhərrəm" ilk dəfə bu il martın sonunda həbs olunmuş və Quba rayonundan olan milyarder Qod Nisanovun müdaxiləsindən sonra elə həmin gün azadlığa çıxmışdı.

 
Məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarmışdı. Moskva regionuna tərəvəzin, meyvələrin və göyərtinin təchizatı üzrə ən iri "kölgə” oyunçularından biri, kriminal aləmdə "Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov azadlıqda bir həftədən az olub. Azadlığa çıxan kimi Həsənov elə həmin axşam bu hadisənin şərəfinə restoranda ziyafət təşkil edib. Dostlarını başına yığaraq, dəstəyə görə təşəkkürünü bildirib və heç ağlına da gətirməyib ki, restoranda aparılan videoşəkiliş onu yenidən barmaqlıqlar arxasına aparacaq. Bu azmış kimi, o, İstintaq Komitəsindən gələn çağöırış vərəqələrinə də reaksiya verməyib. Rusiyanın paytaxtında Azərbaycanın bu yetirməsi müxtəlif meyvə-tərəvəz bazalarında "briqadir” olub, oraya gələn yük maşınlarından və ticarətçilərdən "xərac” alıb. Ona tabe olmayanları isə başlarına gələcək problemlərlə təhdid edib. Həmin görüntüləri təqdim edirik. 
"Pokrovka Məhərrəm” Moskvanı meyvə-tərəvəzlə təmin edən əsas fiqurlardan biridir, onun "AzFruit” şirkəti Rusiyaya meyvə-tərəvəz idxalında böyük paya malikdir. M.Həsənov azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İliyevin sahibi olduqları "Food City” topdansatış meyvə-tərəvəz bazasını idarə edir. Əslən Şəmkir rayonundan olan M.Həsənov "Pokrovka Məhərrəm” ləqəbini Moskvanın məşhur "Pokrovsk” bazarını işlədərkən alıb. 2014-cü ilə qədər qalmaqallı "Pokrovsk” Moskvanın ən məşhur və böyük meyvə-tərəvəz topdansatış bazası idi...
Məhərrəm Həsənov və onun qardaşı Rövşən "Azfrut” şirkəti vasitəsi ilə praktiki olaraq bazarın ərazisinə gələn bütün yük maşınlarına ("fura”lara) nəzarət edirdilər. Qeyri-rəsmi məlumatlara görə, Həsənov qardaşları hər maşından 500 dollar "haqq” alırdılar. Bu pulun bir hissəsi bazarın real sahibləri İqor İsayevə və Əliəshab Hacıyevə gedirdi, hansılar ki, "Yeni Çeremuşki" şirkətinin təsisçiləri idilər. "Pokrovka"nın bağlanması Azərbaycandan olan Qod Nisanovla Zarax İliyevin mövqelərini gözlənilmədən möhkəmləndirdi, hansılar ki, "müqəddəs yer boş qalmır” prinsipindən istifadə edib "Fud-siti” adlı böyük aqroklaster yaratdılar. "Pokrovka”dakı Azərbaycan tacirlərinin əksəriyyəti "Fud-siti”yə köçdülər və onu Moskvanın ən böyük meyvə-tərəvəz mərkəzlərindən birinə çevirdilər...
Bu cür fəaliyyət "Pokrovka Məhərrəm”ə 200 milyon rubl gəlir gətirib. İstisna deyil ki, irəli sürülmüş ittihamlara başqaları da əlavə olunacaq – xəfiyyələrin versiyasına görə, Həsənov sanksiyaların təsiri altında olan ərzağın qeyri-qanuni təchizatı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə başçılıq edib. Qruplaşmanın digər üzvləri hazırda axtarışdadır. Əvvəllər bildirildiyi kimi, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında "nəzarətçi” (смотрящий) olub və "qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.http://criminalaz.com
Tarix: 22-04-2018, 22:18
Xəbəri paylaş





Xəbər lenti