Yeni ''Qaçqınkom'' məhşur prokurorun oğludur - ATASI İLƏ BAĞLI İLGİNC FAKT




Yeni ''Qaçqınkom'' məhşur prokurorun oğludur - ATASI İLƏ BAĞLI İLGİNC FAKT



 Prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.
Nazirlər Kabinetinin tərkibində gənclərə də yer verilməsi təqdir edilir. Onların həm də tanınmış nəsillərin davamçısı olduğu üzə çıxıb. Criminal.az-ın verdiyi məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə gətirilən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev Bakının məşhur prokuroru (1994-98) Şükür Rzayevin oğludur. 
Rövşən Rzayev
Şükür Rzayev ədliyyə general-mayoru olub. Ş.Rzayev Qarabağda doğulub. 1982-1986-cı illərdə Azərbaycan SSR-in nəqliyyat prokuroru, 1994-1998-ci illərdə Bakı şəhər prokuroru işləmiş, 1983-1987-ci illərdə Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatı olub.
1991-ci il noyabrın 8-də Bakı Şəhər Prokurorluğu İstintaq şöbəsinin prokuroru Şükür Rzayev respublika prokurornun əmri ilə Xankəndi şəhərinə ezam olunur. O, şəhərə gəlir, bir neçə gün ona tapşırılan cari məsələlərin həlli ilə məşğul olur, vilayətin hərbi komissarına, vilayət prokurorluğunun əməkdaşlarına konkret tapşırıqlar verir.Noyabrın 13-də DQMV Prokurorluğunun binasına basqın edən üzü maskalı bir qrup Şükür Rzayevin oturduğu kabinetə girərək onu girov götürür və gözlərini bağlayaraq "QAZ-24” markalı maşında naməlum istiqamətə aparır. Erməni separatçıları onu Xankəndidə qanunçuluğun bərpası naminə nümayiş etdirdiyi cəsarət və prinsipiallığa görə cəzalandırmaq istəyirdilər. 
Şükür Rzayev
Erməni girovluğunda məşəqqətli 24 gün yaşayan Şükür Rzayev dekabrın 7-də girovluqdan azad edilir. 1992-ci ilin yanvar ayında Qarabağ rayonlararası prokurorluğu yaradılır və Şükür Rzayev öz şəxsi təşəbbüsü ilə Qarabağ rayonlararası prokuroru təyin edilir. 1993-cü ilin aprelində həmin prokurorluğun ləğv olunması ilə əlaqədar o, yenidən Respublika Prokurorluğunda Ümumi nəzarət şöbəsinə prokuror təyin edilir. 1993-cü ilin noyabr ayından 1994-cü ilin oktyabrınadək Respublika Prokurorluğunda Daxili işlər orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəisi işləyir. 1994-cü il oktyabrın 15-də prezident Heydər Əliyevin fərmanı ilə Şükür Rzayev Bakı şəhər prokuroru təyin edilir və 1998-ci ilin fevralınadək bu vəzifədə çalışır. 2006-cı ildə dünyasını dəyişib...
Tarix: 23-04-2018, 08:34
Xəbəri paylaş





Xəbər lenti