Yeni nazir Muxtar Babayev kimdir? – Dosye

 

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Muxtar Bahadur oğlu Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib.

Siam.az  M.Babayevin dosyesini təqdim edir:
Muxtar Bahadur oğlu Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.

1986-1988-ci illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Xarici İqtisdai Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışır.
Tarix: 23-04-2018, 21:15
Xəbəri paylaş





Xəbər lenti