Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir? – DOSYE

 Xəbər verdiyimiz kimi, Səfər Mehdiyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri təyin olunub.
Siam.az  Səfər Mehdiyevi tanıdır:
Mehdiyev Səfər Məmməd oğlu 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.
1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR, Babək rayonu Nehrəm kənd kolxozunda başlayıb.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.
2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı. Gömrük xidməti general-leytenantıdır.
Ailəlidir, iki övladı var.
Tarix: 23-04-2018, 21:19
Xəbəri paylaş





Xəbər lenti