Cumhuriyyet.net-in redaksiyasına Sumqayıt şəhər sakinləri -Füzuli Quliyev, icarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov və Dilavər Abdullayeva tərəfindən “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi ilə bağlı şikayət məktubu daxil olmuşdur.Həmin müraciəti olduğu kimi təqdim edirik:
Hörmətli redaksiy
a biz 3 sahibkarın şikayəti dəfələrlə ölkə mətbuatında işıqlansa da,bu barədə 5 il ərzində müraciət etmədiyimiz qurum qalmasa da , icra başçısı Zakir Fərəcov bizim pulumuzun ödənilməsi barədə yazılı göstəriş versə də bizim pulumuz “Karvan” Ticarət Mərkəzinin rəhbər liyi tərəfindən hələ də ödənməyib.
2013-cü ildə “Karvan” Ticarət Mərkəzində yanğın baş verdiyi zaman külli miqdard
a maddi zərərə düşməyimiz həm məhkəmə,həm də cavabdeh tərəf-“Karvan” ın rəhbərliyi tərəfindən təsdiqlənsə də bizə dəyən dəyən zərər ödənilmir.
Bizə-Şiralı Əsgərova(170 min), Füzuli Quliyevə(55 min)Dilavər Abdullayevaya (100min ) yanğından ümumilikdə 325 min manat zərər dəyib.
Ağamirzə Əhədov 2016-cı ildə dünyasını dəyişəndən sonra atasının yerinə “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu ödəmir.
Şikayətlərimizin çəkisi fantastik dərəcəyə 15 kq-a çatıb,amma hansısa “böyük bir sirli qüvvənin” səbəbindən biz öz halal pullarımızı ala bilmirik.
Axır ki, Prezident Administrasiyasına,Sumqayıt icra hakimiyyətinə çoxsaylı get-gəldən ,tələblərimizdən sonra icra başçısı icra başçısı Zakir Fərəcov bu ilmartın 12-də bizi ərizəmizə uyğun olaraq ,sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi.Görüşdə hörmətli Zakir Fərəcova insafən bizim üçümüzü də diqqətlə dinlədi,problemimizə həssaslıqla yanaşdı və bildirdi ki, müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynova göstəriş verdi ki,bizim problem araşdırılsın və qarşı tərəf-”Karvan”ın rəhbərliyinə bildirilisin ki,dəyən ziyanın müəyyən qismi imkan dərəcəsində mütləq ödənilməlidir. İcra başçısının tapşırığına əsasən “Karvan”ın direktoru Kamil Əhədovu icra hakimiyyətinə çağırıb və onunla danışıb , Amma Fəzail H
üseynovla görüşsək də sonradan qarşı tərəf-”Karvan”ın rəhbəri bizə dəyən ziyanı birinci ödəmək istəsə də ,bu barədə məsləhətləşdiyini, fikirləşdiyini desə də sonradan ödəməkdən boyun qaçırdı.
Belə çıxır ki,hörmətli Zakir Fərəcovun yazılı göstərişi yerinə yetirilməmiş,havada qaldı. Halbuki qarşı tərfələ müəyyən mənada razılıq əldə olunmuşdur. Əldə etdiyimiz məlumata görə bizim pulumuzun verilməsinə Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifədə işləyən polkovnik-leytenant Mübariz Əhədov süni əngəl törədir,zərərçəkmişlərə dəyən zərərin ödənilməsinin təmin edilməsinə razılıq vermir,pulu ödəməmək üçün mane törədir.
Məlumata görə “Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra ,ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq “Karvan”a faktiki olaraq o rəhbərlik edir. Kamil Əhədov rəsmi direktor olsa da “Karvan”ın idarəçiliyinə tam və əsas Mübariz Əhədov rəhbərlik edir,yer pulların,icarə haqlarının yığılmasına, ticarət mərkəzində yer bölgüsünə o nəzarət edir. Təbii,məmur,dövlət qulluqçusu olduğundan o bunu rəsmi yox,qeyri-rəsmi edir.Çünki bildiyiniz kimi dövlət məmuru kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Mübariz Əhədov zərəçəkənlərin pulunu vermək istəməməsini,razılaşmanı pozmasını onunla əsaslandırır ki:”məhkəmə olub,cavabdeh cəzasını çəkib, İsməliyə xeyli xərc çəkilib.Hara gedib şikayət edirlər etsinlər.Məhkəmə qərarında ziyanın ödənilməsi göstərilməyib”.
Halbuki bu nə insani ,mənəvi baxımdan,nə də hüquqi baxımdan düzgün deyil. Bundan başqa Mübariz və Kamil Əhədovun ataları Ağamirzə Əhədov özü Hacı,imanlı,dindar insan olub, xeyriyyəçi kimi də tanınıb və onun haqqında çəkilən filmdə də o qeyd edib ki,övladlarına da arzu edir ki,onun yolunu davam etsinlər. Ağamirzə Əhədov din adamı kimi yaxşlığa, halalığa önəm verib.
Mübariz Əhədov vaxtını öz işindən çox “Karvan”da keçirir.
Mübariz Əhədovun “Karvan” Ticarət Mərkəzində idarəçiliyində əsas füqur olmasına AzTv kanalının 2016-cı ilin noyabrında,“Karvan”ın yanğından sonra əsaslı təmirdən sonra açılıçından hazırladığı reportajdan da görmək olar.Həmin reportajda danışanların arxasında “Karvan”ın rəsmi sahibi Kamil Əhədovun yanında duran qardaşı Mübariz Əhədov bəlkə də məmur kimi iş vaxtı orda durub.Hiss olunur ki,o dövlət qulluqçusundan çox “Karvan”ın sahiblərindən biridir.
Bundan əvvəl də ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib və bildiyimizə görə Mübariz Əhədov a bununla bağlı xəbərdarlıq edilib.Amma görünür Mübariz Əhədov Daxili İşlər Nazirliyinin xəbərdarlığından heç bir nəticə çıxartmayıb, cəzalanmayacağından arxayındır.
2016-cı il, dekabrın axırında Baş prokurorun müavini Rüstəm Usubovla görüşdük.O dedi ki,göstəriş verəcək ki,bizə dəyən ziyan ödəsinlər.
2017-ci il yanvarın 30-u Sumqayıtda vətəndaşları qəbul edərkən Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi. Cənab Zakir Qaralov bizə konkret dedi ki, ziyan mütləq ödənilməlidir,” mənə bir az vaxt verin bu məsələni araşdıraram”,amma şikayət nəticəsiz qaldı deyə yenidən rəsmi qaydada müraciət etdik.
Bundan sonra baş prokurorun köməkçinin qəbulunda olduq . 2017-ci il, 23 apreldə Zakir Qaralov şəxsən rəsmi qaydada Sumqayıt icra başçısı Zakir Fərəcova müraciət edib ki,aşağıda adıçəkilən şəxslərə dəyən zərər təxirə salınmadan aradan qaldırılsın,yəni ödənilsin.
Hadisə baş verdikdən sonra işlə bağlı istintaq da başladıldı və bu, uzun müddət davam edib.
9 ay müddətində bütün dəlil və sübutları bizdən aldılar. Dedilər ki, sizə dəymiş zərər dövlət tərəfindən müəyyənləşdikdən sonra hər kəsə kompensasiya ödəniləcək. 9 aydan sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə olub.
Biz icra başçısı ilə son görüşdən sonra bir müsbət nəticə əldə edə bilmədiyimizdən demək olar ki,2 aydır ki,başqa işimizi-gücümüzü tullayıb hər gün Sumqayıt icra hakimiyyətinə gedirik,səhər saaat 10-dan axşam demək olar ki,19:00-can icra hakimiyyətinin ya qəbul şöbəsində,ya da çölündə oluruq ki,problemimizi həll edək.
Ancaq bir vətəndaş kimi hüquqlarımız tapdanır,süründürməçiliyə məruz qalırıq.Ən azı 10 saat,iş saatı qurtaranacan bizi icra hakimiyyətində gözlədirlər.Biz icra hakimiyyətinə gedəndə hər gün qəbul şöbəsində Fəzail müəllimin köməkçisinə Mehman müəllimə gəlməyimizlə bağlı məlumat veririk.Bizə deyirlər gözləyin qəbul ediləcəyik.Adətən günortanı gözləyirik beləcə səbrimizi sıxa-sıxa,günortadan sonra yenə də bir qayda olaraq qəbul şöbəsindən deyilir ki,gözləyin qəbul ediləcəksiz, başçısın yanında adam var-filan,beləcə axşam olur,deyirlər gedin sabah gəlin, çıxıb gedirik,yenə ümidlə səhər gəlirik.Zakir Fərəcov rəsmi qeydiyyata alıb ərizələrimiz və yazılı göstəriş verib müavini Fəzail Hüseynova ki,bizim məsələmiz tez bir zamanda öz həllini tapsın ,bununla məşğul olsunlar ,amma amma təəsüflər olsun ki, üstündən 2 ay keçməsinə baxmayaraq biz 2 aydır hər gün icra hakimiyyətinə dəvət olunuruq, 10-12 saat bizi orda gözlətdirirlər,sonra deyirlər sabah gəlir.Gələni qəbul edirik,gedəni yola salırıq. Bu dözümsüzlük,süründürməçilik icra hakimiyyətində adi bir hala çevrilib. İcra hakimiyyətinin verdiyi göstərişin bir icra mexanizmi,yerinə yetirilməsində müəyyən vaxt var,5 gün 10 gün,makimum 1 ay. Amma bizə konkret deyilmir ki,bu məsələ nə vaxt həll olunacaq.
Nəticədə biz belə zülm çəkirik,işimizdən də oluruq.Bizi ümidli qoyurlar amma işimiz həll olunmamış qalır.Bizim maddi vəziyyətimiz də külli miqdarda ziyana düşdüyündən çox acınacaqlıdır,indiyəcən bizi bu çəkişməyə xeyli xərcimiz çıxıb.Bizim almaq istədiyimiz -bizə dəymiş ziyanın məbləği də devalvasiyalar nəticəsində dəyərini də xeyli itirib.Biz vətəndaş olaraq bir konkret cavab istəyirik,ya hə,ya yox.Düzdür insafən icra başçısının müavini bir Fəzail müəllim bir neçə dəfə bizi qəbul edib və bizim dərdimizə şərik olub,bir vətəndaş kimi bizim problemin həll olunmasına çalışıb,müəyyən şeyə nail olub.Amma məsələ öz həllini tapmayıb.Ona görə də ümidimiz yenə bizə sabaha vəd edilən hörmətli Zakir Fərəcovla görüşədir.Ümid edirik,Zakir müəllim bizim problemi çözəcək və haqq-ədalət axır ki ,öz yerini tapacaq.
Füzuli Quliyev-(055) 642 42 69
İcarədar Əsgərova Töhfənin nümayəndəsi Şiralı Əsgərov Şiralı Əsgərov (050) 399 81 77
Dilavər Abdullayeva–(050) 560 30 74″
Cumhuriyyet.net