Əkbər Hacıyev Qobu haqqında müraciətə Qum adası ilə bağlı cavab verdi- FOTOLAR

 Azərbaycan Turizm və Menecment Universitetinin kafedra müdiri, tanınmış turizm mütəxəssisi Bahadur Bilalov maraqlı vəziyyətlə üzləşib. 

AFN məlumat verir ki, özünün sözlərinə görə, prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan bir qrup sakinin adından evlərin qazlaşdırılması ilə əlaqədar ünvanladığl müraciətə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevdən cavab alıb. Maraqlı olan isə Abşeron rayonu Qobu qəsəbəsindən bir qrup sakin adından edilən müraciətə Suraxanı rayonu Qum adası haqqında cavabın verilməsidir. B.Bilalov bunu məsuliyyətsizlik adlandıraraq mediadan məsələnin ictimailəşdirilməsini xahiş edir. Haqqında söhbət gedən müraciətin və cavabın fotogörüntüsünü təqdim edirik:

Əkbər Hacıyev Qobu haqqında müraciətə Qum adası ilə bağlı cavab verdi-

Əkbər Hacıyev Qobu haqqında müraciətə Qum adası ilə bağlı cavab verdi-
Tarix: 14-05-2018, 20:00
Xəbəri paylaş





Xəbər lenti