Peskovun keçmiş arvadı Türkiyədə saçını kəsdirib, kimə ərə getdi? - FOTOLAR


Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovu keçmiş arvadı Yekaterina Solosinskaya ərə gedir. 

Musavat.com-un Rusiya KİV-lərinə istinadən məlumatına görə, ona evlilik təklifi Türkiyədə, Kappadokiyada yaşayan Andrey Qriqorev adlı hüquqşünas tərəfindən edilib. Özü də hava şarında gəzinti zamanı.

Gəzintidən sonra isə Yekaterina Solosinskaya yerli türk bərbərin yanında saçlarını dibindən qırxdırıb. O, “Tatler” jurnalına müsahibəsində yeni imicinin ona uğur gətirəcəyini bildirib.

Yeri gəlmişkən, Yekaterina Solosinskaya türk bərbərə 10 TL ödəyib. Belə ucuz xidmət isə onun təəccübünə səbəb olub.



Tarix: 24-05-2018, 14:17
Xəbəri paylaş





Xəbər lenti