“13 ildir ailəmin ölkədən çıxışına qadağa qoyulub”


Keçmiş səhiyyə naziri Əli İnsanovun ailə üzvlərinin ölkədən çıxışına 13 ildir ki, qadağa qoyulub. Bu barədəsabiq nazir özü açıqlama yayıb.

Ə.İnsanov ailə üzvlərinin Almaniyaya köçməsi barədəyayılan məlumatlara münasibət bildirib. Keçmiş nazirin sözlərinə görə, 2005-ci iin oktyabrında onun həbsindən dərhal sonra ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub: “Mənim həbsimdən dərhal sonra dövlət orqanları ailə üzvlərimin ölkədən çıxışına da məhdudiyyət qoydu. Mənim bütün ailə üzvlərim Bakıda yaşayır və ölkəni tərk etmək niyyətləri də yoxdur”, – Ə.İnsanov bildirir.

Əli İnsanov 2005-ci il oktyabrın 19-dan həbsdədir. Əvvəlcə ona 11 il həbs cəzası verilib. Bu cəzanın

bitməsinə iki ay qalmış onun barəsində yeni cinayət işi başlanıb və cəzası daha 7 il artırılıb.

Ə.İnsanov həbsdən buraxılmaması üçün İlham Əliyevin sifarişilə haqqında saxta ittihamlarla yeni cinayət işi açıldığını bildirir.

Azadliq.info

Tarix: 24-05-2018, 14:19
Xəbəri paylaş





Xəbər lenti