Səhiyyə xərcləri yoxsul ailələri daha da yoxsllaşdırır







İndoneziya Universitetinin İqtisadiyyat Fakultəsinin 2017-ci il araşdırmalarına əsasən, Milli Sağlamlıq Təminatı Kartı (JNK-KİS) 1,16 milyon insanı yoxsulluqdan xilas edib.

İstiqlal.az saytına İndoneziya səfirliyindən daxil olan xəbərdə bildirilir ki, bu karta sahib olmayan insanlar müalicə xərclərini özləri ödəməli olur. “Halbuki, ödəmə imkanı olmayan şəxslər bu karta sahibdirlərsə ödəniş etməyə bilərlər” deyə təcrübəli tədqiqatçı Tequh Dartono bildirib. 

Tequh Dartononun sözlərinə görə, əsasən maddi imkanı olmayan şəxslər, kartları olmadıqda, müalicə xərcləri üçün borc götürməli olur. Buna görə də onların maddi vəziyyətləri daha da çətinləşir. “Maddi imkan yoxdur və borc almalı olursan. Beləliklə, bu insanlar öz uşaqlarının təhsilinə və digər məsələlərə xərclənəcək pulları müalicə üçün sərf edirlər”deyə Tequh əlavə edib. 
Tequhun fikrinə əsasən müalicə xərcləri üçün alınan borclar bəzən on milyonlarla rupiah ola bilər (1AZN=8,307RUPİAH). Beləki, Səhiyyə - Sosial Təhlükəsizlik İdarəsi təqribən 15 milyon insanın müalicə xərclərinə görə yoxsullaşmasının qarşısını almaq istəyir. Dövlət büdcəsindən vergi hesabına ayrılan vəsait aztəminatlı ailələrin müalicə xərclərini qarşılaya bilər.Tequhun sözlərinə əsasən, “Xəstələndikdə, ödəniş etməyə ehtiyac olmur. Kart vasitəsilə əldə olunan mənfəət ödəniləcək rüsumdan daha yüksəkdir.” 

2017-ci il ərzində Səhiyyə - Sosial Təhlükəsizlik İdarəsi JNK-KİS kartı üçün 74,25 trilyon vəsaitin daxil olduğunu açıqlayıb. Belə ki, 2016-cı ildə bu göstərici 67,4 trilyon olub. 

Ödənişlər xaricində edilən yardımlarda da artım özünü göstərir. 2016 –cı ildə 91,1 milyon olan yardım 2017-ci ildə 92,3 milyon dəyərində olub. 

Dövləti büdcəsindən olan yardım isə 2016 və 2017-ci illərdə müvafiq olaraq 24,8 və 25,3 trilyon təşkil edib.
Tarix: 25-05-2018, 21:37
Xəbəri paylaş





Xəbər lenti