Neftin qızılını yox, qarasını görənlər - VIDEO



 



Ramana sakinləri üçün yayın gəlişi kəskin neft qoxusu ilə bilinir. Evlərinin düz yanında işləyən neft buruqları onlar üçün gəlir gətirməsə də, qoxusundan pay verir. Ramananın 9-cu mədən ərazisində yaşayan sakinlər burada xəstəlik qazandıqlarını deyirlər.
Evlərin hamısı rütubətlidir. Sakinlər evlərini düzəltmək istəyəndə SOCAR-ın işçilərinin buna icazə vermədiklərini deyirlər.
Qəsəbədə yerləşən Köhnə Ayaqqabı fabrikində 12 ailə məskunlaşıb. Deyirlər ki, buruqlarda baş verən yanğınlar binanın bir hissəsini uçurub.
Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirir ki, Azərbaycanda neftlə çirkli ərazilərdə təxminən 5000 tikili var.
2 il əvvəl SOCAR-ın işçiləri ilə birlikdə icra hakimiyyətinin nümayəndələri də 9-cu mədən ərazisinə gəlib evləri ölçüblər ki, yaxınlarda köçürüləcəksiniz. Amma o vaxtdan söküntü planından bir xəbər yoxdur.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirir ki, o tikililərin hamısı qanunsuzdur, dövlət orqanları ilə razılaşdırılmayıb. Köçürülmə məsələsinə gəlincə, bu haqda məlumatının olmadığını bildirir.
Sakinlərin isə buradan çıxıb getməyə imkanları, qalmağa isə səbrləri yoxdur.
Tarix: 26-05-2018, 13:54
Xəbəri paylaş





Xəbər lenti