"Təyinatların hələ “qırxı” çıxmayıb, ancaq adamcıqlar 5 il öncə təriflədikləri nazirləri..."

"Təyinatların hələ “qırxı” çıxmayıb, ancaq adamcıqlar 5 il öncə təriflədikləri nazirləri..."
Mən bu müraciəti uzun zaman fikirləşdikdən sonra qələmə almaq qərarına gəldim. Əsas səbəb də Azərbaycanda getdikcə çoxalan səviyyəsiz və yalaq yazılardır. Azərbaycan Prezidenti İ.Əliyev seçkilərdən sonra Konstitusiyanın tələblərinə uyğun olaraq Hökümətin yeni tərkibini formalaşdırdı və kifayət qədər kadr islahatı apardı. Təyinatların hələ “qırxı” çıxmayıb, ancaq bir qrup jurnalistlər qələmlərini şəxsi maraqları üçün “işə salıblar”. Həmin adamcıqlar 5 il bundan öncə təriflədikləri nazirləri, bu günlərdə hər cür qanunsuzluqların törədilməsinin səbəbkarları kimi təqdim etməyə çalışırlar. Yeni nazirləri isə “qanadsız mələk” qismində təqdim etmələrinin əsas səbəbi onların idarəçilik qabiliyyətinin yüksək olması ilə deyil, onlardan nə qopara biləcəkləridir. Yaltaqlanmaq üçün seçilən epitetlər artıq dövlət siyasətinə gölgə salmaq səviyyəsinə çatmışdır. Belə çıxır ki, işdən çıxan nazirlərin “qanunsuzluqlarına” dövlət “göz yumub”!? Heç olmasa yaltaqlananda bir az fikirləşin, yəni “qaş qayırfığınız yerdə, vurub gözünü çıxarmayın”.

Saytların biri yeni Kənd Təsərrüfatı naziri İ.Kərimova yaltaqlanaraq Onu kənd təsərrüfatının “inam dövrü”nün təmələni qoyan kimi təqdim edir. Birincisi, nazir siyasi vəzifədir və o, dövlətin həmin sahədə həyata keçirəcəyi siyasətin icraçısıdır. İkincisi, Azərbaycanda kənd təsərrüfatının əsl “inam dövrü” Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb və bu gün də dünyada “Paralel islahatlar iinkişaf modelinin” müəllifi olan Möhtərəm Prezident İlham Əliyev Cənablarının rəhbərliyi altında uğurla davam edir. Üçüncüsü, nazirlər tərəfindən həyata keçirilən yeni təyinatların uğuru haqqında danışmaq qeyri-ciddi məsələdir. Ola bilər ki, “qurunun oduna yaş da yansın”, yəni yaxşı kadrlar “keçmiş nazirin mirasıdır” deyə işdən çıxarılmamalıdır. Məlumat üçün bildirim ki, İngiltərədə nazirin təyinatından asılı olmayaraq birinci müavin heç zaman işdən şıxarıla bilməz, çünki nazirlikdə işin təşkilinə həmin şəxs məsuliyyət daşıyır. Dördüncüsü, nazirlər və komitə sədrləri PR ilə yox, GR ilə işləməlidirlər, çünki onlar hökümət üzvləri kimi dövlət üçün çalışırlar. Beşincisi, yeni təyinatlar Ana Qanunla Prezidentin müstəsna səlahiyyətinə daxil olduğu üçün, sizin verdiyiniz qiymət yersizdir.

Cümşüd Nuriyev
Tanınmış politoloq
\\moderator.az\\ 
Tarix: 29-05-2018, 10:02
Xəbəri paylaş





Xəbər lenti