""Əyalət təfəkkürlü" icra başçısı bizi soymağa çalışır" - GİLEY


""Əyalət təfəkkürlü" icra başçısı bizi soymağa çalışır"
"Deyəsən, Əziz Əzizov Cəlilabaddadkı qaydalarını Yasamala gətirmək istəyir. Orda bəlkə də keçərli idi, Amma bura Bakıdır". Bu sözlər DİA.AZ-a ünvanlanan şikayət məktubundandır.

Narazı sahibkarlar adından yazılan müraciətdə deyilir ki, icra başçısı konkret olaraq Yasamal rayonu metronun İnşaatçılar stansiyasının yaxınlığındakı yolkənarı obyektlərə haqq qoymaa başlayıb.

Sahibkarlar dia.az-a yazır: "İcra hakimiyyətinin adamları obyektlərə gələrək abadlıq işlərinə pul tələb edirlər. Beləşeyləri qəzetlərdən oxuyurduq ki, rayonlarda edirlər. İndi də Bakının mərkəzində əyalət təfəkkürlü icra başçısı bizi soymağa çalışır. Artıq bununla bağlı müvafiq dövlət qurumlarına və polisə də müraciət etməyə hazırlaşırıq. Əgər İH-dən kimsə bu məqsədlə qapımızı döyərsə, biz də müqavimət göstərəcəyik".

Onu da bildirək ki, sahibkarlar artıq məsələ ilə bağlı imza da toplayırlar və dia.az olaraq ərazidən geniş reportaj hazırlayıb təqdim edəcəyik. Bizi izləyin.

Qarşı tərəfi də dinləməyə hazırıq... 
Tarix: 29-05-2018, 21:10
Xəbəri paylaş





Xəbər lenti