Rövşən Lənkəranskinin “ailəsi” hədəfdə: Azadlıqda olan ən sadıq adamı da tutuldu


Dünən Moskvada "Ağ ev" restoranında Azərbaycandan olan "qanuni oğru" saxlanılıb.

Cebhe.info xəbər verir ki, bu, 36 yaşı Hacıbaba Talıbxanlıdır.

Onu kriminal aləmdə Hacı Beyləqanski kimi tanıyırlar. O, ağır cinayətlərin iştirakçısı olmaqda ittiham edilir. Ancaq söhbətin məhz hansı cinayətlərdən getdiyi hələlik açıqlanmır.

Hacı Beyləqanski mərhum Rövşən Lənkəranskinin yaxın ətrafına daxil olub. O, 2012-ci ildə Dubayda "taclandırılıb". Onunla bərabər status alan digər “oğru” Rüfət Gəncinski kimi tanınan Ülfət Tağıyevdir. O, hazırda Arxengelskdə qətlə görə məhkumluq həyatı yaşayır. Hər iki şəxs Lənkəranskiyə sədaqətilə tanınıb. 

Rusiya mətbuatı xatırladır ki, Lənkəranskinin qətlindən sonra onun ailəsinə qarşı da hücumlar başlayıb. Xüsusilə Azərbaycan gömrüyündə yüksək vəzifə tutmuş qardaşı Namiq Canıyev və qohumu Zaur hədəfdədir. “Zaur Moskvada bizneslə məşğuldur və özünü qisasa həsr etdiyini bildirib”,- deyə mətbuat yazır. 

Xəzər

Tarix: 1-06-2018, 10:52
Xəbəri paylaş





Xəbər lenti