Deputat Elxan Süleymanovun Göyçay çayının üzərində qanunsuz inşa etdirdiyi 6 villanın fotoşəkillər təqdim edirəm.Göyçay çayının uzunluğu 110 km dən çoxdur.Qanuna əsasən uzunluğu 100 km-dən çox olan çayın mühafizə zolağı 300 metir olmalıdır.Elxan Süleymanov isə 6 möhtəşəm villalarını Göyçay çayının düz ortasında inşa etdirib.Həmin villaların 6 hektar həyatyanı sahəsi var.Həmin villalar yerləşən ərazidə Göyçay çayının körpüsüdə əhatəyə alınmışdır.Hansı ki, bu gün selə görə körpü uçması nəticəsində alternativ kimi həmin körpüdən istifadə etmək olardı.Elxan Süleymanov öz biznesini gücləndirm\ək məqsədi ilə Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdırmaqla süni bahalaşmaya nail olmuşdur.Belə ki, əvvəl bir maşını 30-40 manata olan qum indi 300 manata Elxan Süleymanova məxsus kariyerdə satılır.Ətraf rayon sakinləri məcbur olub Elxan Süleymanova məxsus kariyerdən qum-çınqıl alırlar.
Bilmək olmur Elxan Süleymanov mülkədardı yoxsa millət vəkili ? Adına millət vəkili deyilən bu korrupsioner millətin düşməninin belə qanunsuz əməlləri araşdırılmalı deputat toxunulmamazlığı ləğv edilib barəsində qanunu tədbirlər görülməlidir.Elxan Süleymanov Şamaxı rayonundan deputat seçiləsəd Göyçay rayonunda doğulub göyçaylıdır.Onun Göyçayda obyektləri, villalar qanunsuz inşa edilib.Öz gözündə tiri görməyib özgə gözündə tük axtaran Elxan Süleymanovun Göyçay şəhərindəki böyük ticarət obyekti Göyçay İnternat məktəbinin həyətində qanunsuz olaraq inşa edilib.
Hər il dövlətə küllü miqdarda vergi ödəyən və 500 ailəni işlə təmin edən 10 qum-çınqıl kariyerinin bir nəfər yaramaz. işbaz "deputatın" göstərişi ilə bağlamaqla dövlətə və vətəndaşlara küllü miqdarda ziyanlar vurub.İnanırıq ki, bu faktlar araşdırılacaq Göyçay çayının mühafizə zolağında qanunsuz 6 villa inşa etdirmiş, özünə məxsus Qəbələ rayonunda yerləşən kariyeri işlətmək məqsədi ilə 500 ailənin iş -çörək yeri olan Göyçayda 10 ədəd qum-çınqıl kariyerini bağlatdıran Elxan Süleymanovun barəsində ciddi tədbirlər görüləcək və onun çirkin niyyətinə çatmasının qarşısını alınacaq.
Purqafari Azər Ələsgər oğlu əlaqə telefonu; (077) 610-11-22, (055) 962-12-12