Tovuzun yeni icra başçısı kimdir...


Prezident İlham Əliyevin sərəncamı ilə iyunun 7-də Tovuz rayon icra hakimiyyətinin başçısı təyin edilən Məmməd Məmmədov barədə musavat.com bəzi məlumatlar təqdim edir.

M.Məmmədov "Aqrokimya" MMC-nin rəhbəri olub. O, uzun müddət bitkiçiliklə və onların mühafizəsi ilə məşğul olub.

Məmməd Məmmədov Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Onun böyük qardaşı Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəridir.

Qeyd edək ki, icra başçısı təyin edilən Məmməd Məmmədov müğənni Əbdül Xalidin dayısıdır. 


Tarix: 7-06-2018, 15:24
Xəbəri paylaş





Xəbər lenti