RÖVNƏQ ABDULLAYEV PREZİDENTƏ QARŞI!

 “Hürriyyət”in oxucularına da bəlli olduğu kimi, ölkə başçısı İlham Əliyevin və eləcə də Azərbaycan xalqının qürur mənbəyinə çevrilən aprel şəhidlərindən biri, mayor Rasim Məmmədovun ailəsinin xüsusi mülkiyyətində olan evinin həyət divarı, guya 4 kvadrat metri neft şirkətinin ərazisinə düşür deyə, mühafizəçilər tərəfindən qanunsuz olaraq uçurulub.
Biz bu xəbəri ictimailəşdirəndən sonra, Rövnəq Abdullayev nə mənəviyyata, nə əxlaqa, nə vicdana, nə mentalitetə, nə də şərəfə sığmayan addım atan əməkdaşlarını cəzalandıraraq ailədən üzr istəmək əvəzinə, xəbəri yayan saytlara haker hücumu təşkil edib, onların işlərini iflic etmək yolunu seçdi.
Nəzərə alsaq ki, haker hucumunu təşkil etmək elə də asan və ucuz başa gəlmir, yəni bir saytın fəaliyyətini iflic etmək üçün sutkada təxminən 15 min ABS dolları gərəkdir, o zaman üç sayta xərclənən pulun hesabını çıxarmaq elə də çətin deyil. Yəni Rövnəq Abdullayev və onun ilham mənbəyi olan Anar Əliyev bu üç gündə nə az, nə cox 135 min ABŞ dolları xərclədilər.
Maraqlıdır, bu müftəxorları belə bir ciddi vəsaiti xərcləməyə vadar edən nədir?
Dəyərli oxucumuza da bəllidir ki, biz toplum olaraq (istər ordumuz, istər xalqımız, istərsə də prezidentimiz) məğlubiyyət sindromundan çıxa bilmirdik. Çünki həm daxildəki ermənipərəst qüvvələr, həm də onların xaricdəki havadarları bütövlükdə bizlərin bu sindromdan çıxmaması üçün “əlimizdən heç nə gəlmir, biz çox zəifik, ordumuz qüdrətli olsa belə, onsuz da heç nə edə bilməyəcəyik” kimi milləti aşağılayan fikirləri içimizdə durmadan yaymaqla, özümüzə olan inamımızı zədələməyə çalışırdılar. Ta ki, aprel hadisələrinə qədər. Hansı ki, həmin vaxt bütün beynəlxalq təzyiqlərə rəğmən, ölkə başçısının hücum əmri verməsi nəticəsində, kifayət qədər strateji əhəmiyyətə malik olan Lələ-Təpə kimi bir yüksəklik şəhidlərimizin qanı bahasına olsa belə, ələ keçirildi. Bu yüksəkliyi “sadəcə bir təpə aldıq” deyə vurğulayan qardaşlarıma da demək istəyirəm ki, o yüksəkliyi görmədən, onun nə qədər əhəmiyyətli bir strateji nöqtə olduğunu təsəvvür etmək mümkün deyil.
Təbii ki, belə ağır zərbə alan ermənipərəst qüvvələr və FƏTÖ qırıntıları narahat olmaya bilməzdilər. Özlərini ağalarına “biz boş durmamışıq” deyə göstərmək üçün həmin döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Vətənə göstərdiyi xidmətə gorə medalla təltif olunmuş mayor Rasim Məmmədovun ailəsinin şəxsi mülkiyyətində olan evə hücum edərək, öz sədaqətlərini sübut etmək istədilər. Amma qarşılığında aldıqları cavab bu qüvvələri geri çəkilməyə məcbur etdi.
Hadisənin ciddi rezonans verəcəyini anlayan qüvvələr evə olan hücumu ört-basdır etmək üçün, ilk olaraq öz hakerləri vastəsilə Hurriyyet.org və hadisəni işıqlandıran digər iki saytı iflic etmək, eyni zamanda əllərində olan report.az, modern.az, qaynarinfo.az, ölkə.az, media.az, oxu.az və adlarını yazmadığım saytlar vasitəsilə bizləri reketçilikdə və xarici kəşfiyyata işləməkdə suçlayaraq, şər-böhtan yazmaqla məsələni gündəmdən çıxarmağa cəhd etdilər. Paralel olaraq da “siz məsələnin üzərinə getməyin, yazıları dayandırın, biz də dayandıraq” mesajları verdilər.
Lakin bu saytların "Hürriyyəti" hədəfə almaqla yanaşı, ADP sədri Sərdar Cəlaloğluna qarşı qarayaxma kampaniyasına start verməsi onların heç də barışıq istəyində səmimi olduğuna dəlalət etmir. Çünki, biz faktiki olaraq qarşı tərəfə problemin həllində maraqlı olduğumuzu bildirmişdik. Buna rəğmən, həmin saytların, adını çəkməyi özümüzə rəva bilmədiyimiz müxtəlif şəxslərin dili ilə, S.Cəlaloğlunu təhqir etməsi heç də təsadüf deyildi. Bu, bir daha onu deməyə əsas verir ki, sözügedən xəbər portalları hakimiyyət daxilindəki müəyyən qüvvələrin iradəsinə tabedir və onların sifarişini yerinə yetirir. Belə olan halda, sözsüz ki, barışıq cəhdi heç bir nəticə verə bilməz. Ona görə ki, həmin saytların arxasında duran qüvvələri Hurriyyet.org-un və digər saytların yazılarından daha çox, 11 aprel prezident seçkilərindən sonra ADP sədrinin cəmiyyətdə artmaqda olan nüfuzu narahat edir. Bu baxımdan məlum qüvvələrin əllərinə fürsət düşdükcə Sərdar Cəlaloğlunu nüfuzdan salmağa çalışacaqları istisna deyil...
Onu da qeyd etməliyik ki, əslində, şəhid evinə olan basqın və hadisəni işıqlandıran saytların dağıdılmasına yönəlik cəhdlər həm də ölkə başçısına olan hücum kimi dəyərləndirilməli və onların arxasındakı ermənipərəst qüvvələr ifşa olunaraq üzə çıxarılmalı, eləcə də həmin saytlara xərclənən küllü miqdarda çirkli pulların mənbəyi (adlarını sadaladığım saytlara xərclənən pullar aylıq təxminən200 min manat civarındadır, işçi sayları isə 120-yə yaxındır) araşdırılaraq, günahkarlar cinayət məsuliyyətinə cəlb olunmalıdılar. Əks halda daima xəyanətkar niyyətlərini həyata keçirmək üçün həm bu xalqa, həm prezidentə qarşı pusquda duracaqlar. İmkan düşən kimi yenə də o murdar, zəhərli dişlərini xalqımızın qanına batırmaqdan həzz alacaqlar.
Vüqar MƏMMƏDOV
P.S. Yaxın günlərdə Rövnəq Abdullayevin rəhbərlik etdiyi qruplaşmanın FƏTÖ ilə əlaqələri, maliyyə qaynaqları, biznes şəbəkələri, milyonluq mülkləri və s. ilə bağlı əməkdaşlarımızın ortaya çıxardığı faktları oxucularımıza təqdim edəcəyik.
Tarix: 10-06-2018, 13:55
Xəbəri paylaş





Xəbər lenti