Kəmaləddin Heydərovun federasiyasında pul problemi: Məşqçilər ayağa qalxdı





Kəmaləddin Heydərovun federasiyasında pul problemi: Məşqçilər ayağa qalxdı
Azərbaycan Taekvondo Federasiyasında vəziyyət ürəkaçan deyil.
Siam.az  yenicag.az-a istinadla xəbər verir ki, 8 aydır maaş üzü görməyən məşqçilər çıxılmaz vəziyyətdə qalıb. Onlar bu durumdan federasiya prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xəbərsiz olduğunu düşünürlər.
Məşqçilərin iddiasına görə, mövcud duruma biganə yanaşan şəxs federasiyanın vitse-prezidenti Nağı Səfərovdur. Nağı Səfərov hər dəfə məşqçilərə maaş probleminin aradan qaldırılacağı sözünü versə də, bu, əməldə öz təsdiqini tapmır. Şikayətçi məşqçilər Kəmaləddin Heydərovun bu durumdan xəbərdar olmasını, problemin aradan qaldırılmasını xahiş edirlər.
Tarix: 11-06-2018, 08:13
Xəbəri paylaş





Xəbər lenti