Keşlə sakinlərindən “Azəravtoyol”a irad

 Bakının Nizami rayonu, Keşlə qəsəbəsi, "Avromed” dərman firmasının mərkəzi ofisinin yerləşdiyi məhəllənin sakinləri Azinforum.az İnformasiya Portalına müraciət edərək, "Babək” prospektində aparılan yenidənqurma işləri ilə bağlı "Azəravtoyol” ASC-dən bəzi vacib nyuansları nəzərə almağı xahiş ediblər. Sakinlər bildirilər ki, aparılan təmir işlərindən hiss olunur ki, bundan sonra, "Babək” prospekti ilə şəhərin mərkəzi tərəfindən 8 km istiqamətində hərəkət edən maşınların Keşlə qəsəbəsinin böyük hissəsini əhatə edən, minlərlə insanın yaşadığı məhəlləsinə giriş mümkün olmayacaq.
Sakinlər bildirirlər ki, əvvəl onlar həmin ərazidə olan "Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanından geriyə dönməklə məhəlləyə girə bilirdilər. Şikayətçilərin sözlərinə görə, aparılan təmirlər işlərindən məlum olur ki, bundan sonra onlar şəhərin mərkəz hissəsindən gələndə yaşadıqları məhəlləyə girmək üçün, gedib 2 km qabaqda , "NZS” qəsəbəsindəki "Arzu” şadlıq sarayının yanından dönüb, geri qayıtmalıdırlar. Qəsəbə sakinləri xahiş edir ki, yolun təmiri ilə məşğul olan qurum və məsələyə cavabdehlik daşıyan strukturlar məhəlləyə dönmək üçün nəzərdə tutulan əvvəlki yeri olduğu kimi saxlamaqda onlara köməklik göstərsinlər.
Həmin ərazidən videoreportajı təqdim edirik.
Tarix: 11-06-2018, 15:18
Xəbəri paylaş





Xəbər lenti