Son zamanlar Azərbaycanın bəzi media oraqanlarında “qara piar”la üzləşən Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimova sosial şəbəkələrdə dəstək kampaniyası başlayıb.
Gununsesi.info-nun xəbərinə görə, ölkənin tanınmış ictimai xadimləri, mədəniyyət,, idman sahəsinin təmsilçiləri və sadə insanların həmyerlimizə qarşı aparılan kampaniyanı sosial şəbəkələrdə pisləyərək, Mənsimovu vətənpərvər, ölkəsini, millətini sevən şəxs kimi xarakterizə edib. Rəylərdə
iş adamının on minlərlə azərbaycanlıya təmannasız yardım etdiyini xatırladanlar ona qarşı aparılan çirkin kampaniyanın heç bir mənəvi dəyərə sığmadığını yazıb.
Siam.az