“BƏLƏDİYYƏ SƏDRİ ŞƏHİDLƏR ABİDƏSİNİN ÖNÜNDƏ MAL TÖVLƏSİ TİKİB”!!!(???)


Füzuli rayonunun Böyük Bəhmənli kəndinin 60 sakinindən meraciət

(Hörmətli oxucular, Dünyaxeber.info saytına Füzuli rayonunun Böyük Bəhmənli kəndinin 60 sakini meraciət göndərib. Müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:)

Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

M Ü R A C İ Ə T

Möhtərəm cənab İlham Əliyev!

Füzuli rayonunun Böyük Bəhmənli kəndinin 56 şəhidi var. Kəndin sakinlərinin vəsaiti ilə mədəniyyət evinin qarşısında abidə ucaldılıb. Həmin abidənin önündə kənd bələdiyyəsinin sədri Elşən Məmmədov mal tövləsi tikib. Dəfələrlə şəhid ailələri etirazını bildirsə də Elşən Məmmədov bizləri təhqir edir, hədələyir.

Möhtərəm cənab İlham Əliyev!

Müharibə hələ bitməyib. Ölkəmizə vətənpərvər gənclər yetişməlidi. Əgər o gənclər görürsə ki, şəhid abidəsinin önündə mal tövləsi var və bir bələdiyyə sədri şəhid ailələrini təhdid edir, meydan oxuyur sizcə onlar vətənə bağlı olub, onu qoruyarlarmı?

Cənab Prezident!

Ölkəmiz müharibə şəraitində yaşadığımızdan, düşmən bizim hər hərəkətimizi izlədiyindən,   Sizə müraciət edərək kömək istəyirik. Əslində bələdiyyə sədri Elşən Məmmədovun şəhid abidəsinin önündə mal tövləsi tikməsi onların ruhuna hörmətsizlik, erməni hərəkətidi. Cənab Prezident, biz aylardır ölkənin əlaqədar təşkilatlarına müraciətlər etsək də ərizələrimizə baxılmır. Altmış nəfər kənd sakini Sizə müraciət edərək xahiş edir ki, bizi Elşən Məmmədovun zalmündən qurtarasız.

Hörmətlə:

Füzuli rayonunun Böyük Bəhmənli kəndinin sakinləri:

 

 

17 İyun 2018


Tarix: 18-06-2018, 17:06
Xəbəri paylaş





Xəbər lenti