YALAN(çın)IN YADDAŞI, ŞƏR(edən)İN HƏYASI, BÖHTAN(çın)IN RƏNGİ OLMUR !!!


QƏNİMƏT ZAHİD, BU UŞAQ(lar)A YALANÇILIĞI, ŞƏR ATMAĞI, BÖHTAN SÖYLƏMƏYİ KİM ÖYRƏDİR?!!!

İki gün öncə canlı yayımda “QƏNİMƏT ZAHİDLƏ EMİN MİLLİNİN TELEDEBATI BARƏSİNDƏ BİR NECƏ SÖZ …” başlığı ilə cəmiyyətə müraciət edərək, sözügedən debatın bəzi məqamlarına aydınlıq gətirmək istəmişdim. O əsnada, yeri gəldi deyə, Qənimət Zahidin rəhbəri olduğu “Turan”Tv-nin “Xəbər Var” verilişinin aparcısı olan Türkel Azərtürklə aramızda olan sötbəti xatırladaraq, sonralar onun öz efirində Azərbaycan mediası ilə bağlı açıqlamasından danışmışdım. Səhəri günü Azər Türkellə aramızda olan yazışmanı olduğu kimi ictimailəşditmək qərarına gəldim. Buyurun tanış olun, o nə yazıb, mən nə yazmşam.

Türkel Azerturk

Türkel Azerturk · 7:02 Hə, düzdür, “bu yaxınlarda”, yəni noyabr ayının 29-da 30 dəqiqə 4 saniyə danışmışıq sizinlə. Amma mən nə ondan 3 gün sonra, nə də 3 ay sonra belə bir fikir dediyimi xatırlamıram açığı. O da başqa məsələdir ki, bunu iddia etmək də olar əslində.

Сердар Алиев

Сердар Алиев · 0:00 Mən də elə onu dedim ki, “bizdən başqası yox” anlayışının hakim olduğu və bu havada oynayan zenyiyyətlə üz-üzəyik !!!!!!!!!!!!!!!!!!!!!

Türkel Azerturk

Türkel Azerturk · 0:00 Cümlənin axırına 17 nida işarəsi qoymaq sizin haqlı olduğunuz anlamına gəlməz, dəyərli bəy. Biz harada “bizdən başqası yoxdur” demişik? Amma bu bir faktdır ki, Azərbaycanda rejimin başında dayanan adamlarla açıq şəkildə mübarizə aparan media qurumu faktiki olaraq yoxdur və bunun da obyektiv səbəbləri var. Bunu da şəxsən mən anlayışla qarşılayıram. Yox, əgər hələ də belə bir qəzet, tv falan varsa, linkini atın, abunə olaq. İnanın ki, buna xeyli sevinərəm.

Сердар Алиев

Сердар Алиев · 0:00 Türkel, nida işarələri xüsusi anlam daşımır, görmək istəsəydiniz görərdiniz indiyəcən, görmək istəmədiklərinizi isə, növbəti canlı yayında deyəcəm. Az bəklə hələ !!!!!!!!!!!!!!!!!

Türkel Azerturk

Türkel Azerturk · 0:04 Qiymətli bəy əfəndi, mən inanıram ki, siz növbəti canlı yayımlarda rejimin rəhbərlərini hədəfə alıb, onları ifşa edib, onlardan hesabat tələb edib, sübut edəcəksiniz ki, ölkə daxilində hələ də rejimə meydan oxuyan jurnalistlərimiz var. Sayğılar.

Сердар Алиев

Сердар Алиев · 0:00 Mən nə deyəcəyimi bilərim, cavan oğlan, yaşından qabağa konuşma lütfən, tələsmə dedim ya, bəklə hələ !!!!!!!!!!!!!!!!!!

Türkel Azerturk
Tarix: 19-06-2018, 20:41
Xəbəri paylaş





Xəbər lenti