SƏRDAR CƏLALOĞLUNUN “İFŞA”PROSESİ DAVAM EDİR…!!!


MƏSƏLƏ NƏDİR VƏ CƏLALOĞLULAR NİYƏ HƏDƏFDƏDİRLƏR???

————————-

Sərdar ƏLİBƏYLİ

————————-

Sərdar Cəlaloğlunun “ifşa olunma” dairəsinin Arif Rəhimzadə ilə qapanacağını düşünmüşdüm. Zatən, o cizgidə Rəhimzadənin də görünməsi gözlənilən idi və açığı, bunu əminliklə gözləyirdim…

Məyərsə, dairənin ikinci həlqəsi və cizginin paralelləri də varıymış. Hafiz Hacıyevlə başlayan bu həlqədə daha kimlər var görəlim…

Bu qədər absurd və mənasız iddiaların pərdə arxasnda daha ciddi məqamların, daha fərqli səbəblərin və ya maraqların olması gərək. Yoxsa, hələ, iki şəhidinin ağrıları səngiməmiş, yaraları qaysaqlamamış Cəlaloğlularla bu cür davranmağa cəsarət etməzdilər Gözləyək görək bu işlərin altından nə(lər) çxacaq???…

Adamlar sanki sıraya düzülüblər, günə bir, ya da iki adam “çasovoy” kimi növbəyə girir…

Bu arada, aprel şəhidi Mayor Rasim Məmmədovun ailəsinə dövlət adına verilmiş yerdə tikilən evin “SOCAR”ın qoçu dəstələri tərəfindən söküldüyünü duydum. Əcəba, “bütün bu olub-bitənlər bununla bağlı ola bilirmi” – deyə barmağımı dişlədim. Araşdırmaq lazım gələcək, hər halda…

 

————————————————————————————-

P.S.

“Onları ifşa edəcəm” — Hafiz Hacıyevdən Sərdar Cəlaloğlu haqqında sensasion açıqlama

“Onları ifşa edəcəm”Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

H.Hacıyev “Ölkə.Az”-a açıqlamasında deyib ki, Azərbaycan müstəqil dövlətdir və bunu daha da gücləndirmək lazımdır: 

“Daha “böyük qardaş” axtarmağa ehtiyac yoxdur. Əgər müstəqilliyi qoruyub saxlaya bilmiriksə, o zaman biz nə üçün yaşayırıq? Burada başqa məsələləri arzu edənlər çox səhv edirlər. Biz Azərbaycanın müstəqilliyi uğrunda qanlar, şəhidlər vermişik. Hazırda ölkədə deyiləm. Bakıya qayıdandan sonra Sərdar Cəlaloğlunun bu cür təklifinə daha geniş fikir bildirəcəm”.

Partiya sədri qeyd edib ki, Sərdar Cəlaloğlu özünü əsl müxalifətçi adlandırmaqla deyil:

“Mən də özümü əsl müxalifət sayıram. Gərək biz müxalifət olaraq xalqla yaxından işləyək. Bizim Qarabağ kimi problemimiz var. Gərək Azərbaycan xalqı qarşısında müəyyən xidmətlərimiz olsun ki, bundan sonra bizə xalq qiymət versin. Əsl qiyməti xalq verir. Bizim nə deməyimizlə deyil. Sərdar Cəlaloğlu sabah deyə bilər ki, ABŞ-ı da mən kəşf etmişəm. Bu o demək deyil ki, o kəşf edib!”.

S.Cəlaloğlunun qardaşı Qurban Məmmədovun Londona sığınması məsələsinə də toxunan H.Hacıyev deyib ki, Qurban Məmmədovun Azərbaycan əleyhinə danışdıranlar ölkəmizi sevməyən qüvvələrdir: 

“Onu bəzi qüvvələr Londona göndərib. Bu cür yollarla Azərbaycana təzyiq edirlər. Ancaq mən onların hamısını ifşa edəcəm”.

Zaur Əziz
Ölkə.Az

19.06.2018

—————————————————————————————–

“Sərdar Cəlaloğlu tamamilə başını itirib” — Arif Rəhimzadədən ADP sədrinə SƏRT REAKSİYA

 Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

Komitə sədri “Ölkə.Az”a açıqlamasında bildirib ki, bu cür düşünənlər müstəqil Azərbaycan dövlətçiliyini istəmirlər:

“Mən onun bu cür çıxışları ilə hələ tanış deyiləm. Əgər Sərdar Cəlaloğlu doğrudan da belə fikirlər səsləndiribsə, o çox böyük səhv edir. Görünür ki, o, tamamilə başını itirib”.

A.Rəhimzadə deyib ki, Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsi və möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin böyük rolu var:

“Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bəlkə də müstəqilliyimizi qoruyub saxlaya bilməzdik. Çünki yeni müstəqillik qazanan dövrdə Azərbaycanda vəziyyət qeyri-sabit idi, müstəqilliyimizə qarşı ciddi təhlükələr var idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşdüyü böhrandan xilas etdi”.

Zaur Əziz
Ölkə.Az

18.06.2018

Tarix: 20-06-2018, 22:07
Xəbəri paylaş





Xəbər lenti