Rauf Arifoğlunun qızı Kəmaləddn Heydərovun himayə etdiyi qurumun Avropa müxbiri təyin edilib

 




Azərbaycanda media-holdinq rəhbəri Maliyyə Bazarına Nəzarət palatasını tənqid edib. Criminal.az xəbər verir ki, ''APA-Holdinq''in rəhbəri Vüsalə Mahirqızı şəxsi ''facebook'' profilində Avropa bürosuna pul köçürməsində problemlə üzləşdiklərini yazıb:
''Qəribə vəziyyət yaranıb. APA-nın London müxbirini Strasburqa ezam eləyirik. Müxbirə ezamiyyə xərcləri üçün pul köçürmək istəyirik. Müqavilə hazırlanıb, bütün xərclər göstərilib, müxbir elektron imzasını vurub, bank bizim hesabımızdan müxbirin hesabına pulu köçürə bilmir. Çünki yalnız müxbirin bank hesabına onun əmək haqqını köçürmə etmək olar. Əlavə xərclərin ödənməsi üçün müxbirə biznes kart açmalıyıq, biz de burda öz hesabımıza bağlı biznes hesab yaratmalıyıq, o hesabdan biznes karta pul köçürməliyik. Kartı da müxbir özü şəxsən gəlib almalıdır, müxbir də Londondadı, getməlidir ezamiyyətə. Siz allah, bu boyda həngamə nəyi dəyişir axı? Öz şirkətimizin vəsaitini bu şirkətin əməkdaşına gönderirik, cəmi 550 euro vəsaitdən söhbət gedir''. 
Vüsalə Mahirqızı
V.Mahirqızının statusundan sitat: ''Maliyyə Bazarlarına Nəzarət Palatası bu mürəkkəbləşdirmə ilə nəyə nail olmaq istəyir? Vəsait axınının qarşısını almağa, güclü nəzarətə? Biznes inkişafında başlıca amilllərdən biri operativlik və sadəlikdir bu gün. Bəzən saniyələrə görə milyonlar itirmək olur. Bu şirkətin mühasibi və HR-ı, bankın da bir əməkdaşı iki gündü 550 euronu köçürmək üçün vaxt itirir, saatlarını sərf edir, əsəb gedir, vaxt gedir, işçi nəticəsiz işə iş vaxtını sərf edir, həmin müddətdə başqa bir müştəri gözləyir, onun vaxtı gedir, biznesi pul itirir, bizim əməkdaşın görməli olduğu iş qalır, verəcəyi hesablar yubanır, biz pul itiririk. Bürokratiya sahibkarlığın, biznesin düşmənidi. Eləməyin, vallah, eləməyin!''
Bu arada xatırladaq ki, APA-nın London müxbiri Aytən Abbaslı "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun qızıdır. Mətbuatda yer alan məlumatlara görə, APA Holdinqi fövqəladə hallar naziri Kəmaləddin Heydərov himayə edir.                                                                                                             Criminal.az
Tarix: 24-06-2018, 16:18
Xəbəri paylaş





Xəbər lenti