“Etibar Pirverdiyevi tərifləmək lazım deyil, mən tanıyıram o, kimdir…”

 

 
“Sən istədiyin vaxt işıq verəcəksən, istəmədiyin vaxt verməyəcəksən, belə şey yoxdur”

İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Məsələyə münasibət bildirən partiya rəhbərləri və millət vəkilləri buna görə məsuliyyəti “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin daşıdığını bildiriblər.

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tanınmış alim Rəşid Mahmudov Moderator.az-a açıqlamasında bildirib ki, xaricdə buna görə xalqa təzminat ödəyirlər:


“Millət vəkilləri düz deyir, bu işin yiyəsi kimdirsə, o, da cavabdehdir. Xaricdə buna görə xalqa təzminat ödəyirlər. “Azərenerji”nin əhali ilə müqaviləsi var. Sən istədiyin vaxt işıq verəcəksən, istəmədiyin vaxt verməyəcəksən, belə şey yoxdur. Transformator partlayıbsa, vaxtında yenisi ilə əvəz edərdilər. Etibar Pirverdiyevi tərifləmək lazım deyil, mən tanıyıram o, kimdir.

Mən müəlliməm və öz dərsimə, savadıma cavabdehəm və fiziologiya dərsi keçirəm. Türkiyənin bütün şəhərlərində tibb fakülitələri var və onun fiziologiyasına baxan və daim onu nəzarətdə saxlayan Zeynəb xanım adında bir professor qadındır. O, bütün ölkələri gəzir, Azərbaycana da gəlmişdi. Sonra o, gedib Türkiyədə bunu tətbiq edir. Bizim ölkədə fiziologiyaya cavab verən varmı, yoxdur. Etibar Pirverdiyev də sədrlik etdiyi quruma cavabdehdir. Belə olmaz axı”.
Tarix: 4-07-2018, 21:42
Xəbəri paylaş





Xəbər lenti