"Nazirin, deputatın, icra başçısının qayda pozuntusuna göz yumulacaqsa, yollarda nizam-intizam olmayacaq” — Sahib Məmmədov


"Nazirin, deputatın, icra başçısının qayda pozuntusuna göz yumulacaqsa, yollarda nizam-intizam olmayacaq”
“Yollarda nizam-intizam o zaman mümkün olacaq ki, yol hərəkət qaydalarını pozanlarla selektiv yanaşma olmayacaq və hamıya eyni yanaşma sərgilənəcək. Daha bu nazirdir, deputatdır, icra başçısıdır və ya hansısa yüksəkçinli məmurdur deyə, onların hərəkətlərinə göz yumulacaqsa, yollarda heç bir zaman nizam-intizam olmayacaq”.
“Ölkə.Az” xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov yollardakı tıxaclar probleminə, kobud surətdə yol hərəkət qaydalarının pozulmasına, paklama zamanı nizam-intizamsızlıqla bağlı məsələlərə mövqeyini açıqlayarkən deyib.

Onun fikrincə, bu gün Azərbaycanda yolllarda baş verən bu nizam-intizamsızlığın səbəbi sadədir. “İlk olaraq onu qeyd edim ki, bütün dünyada operativ nəqliyyat vasitələrinin hərəkət zamanı üstünlük hüququ var. Bu öz yerində və başqa məsələdir. Ancaq bizdə isə qeyri-rəsmi imtiyaz verən dövlət qeydiyyat nömrə nişanları ilə şəhərdə avtoxülqanlıq edən minlərlə avtomobil var. Nazirlərin, icra başçlarının, deputatların və s.-lərin. AA, AS, MO, FH və sair dövlət seriyası olan avtomobillər. Bunlar şəhəri iflic edib. Onları DYP əməkdaşları da saxlamır. Kefləri istədikləri yerlərdə də maşınlarını saxlayanda heç kəs parklama qaydasını pozduğuna görə nə onlarla söz deməz, nə də cərimə etməz. Nəticədə göz qabağında. Hamı nə baş verdiyini görür”- S.Məmədov deyib.
O əlavə edib ki, qaydaların pozulmasına görə, selektiv yanaşma isə hüquqi nihilizmi yaradan əsas səbəbdir. “Niyə görə hansısa mülki nazir sayrışan avtomobillə qoşa xətti kəsib keçməklə yollarda at oynatmalıdır?!. Kim ona bu səlahiyyəti verib?! Qeyri-rəsmi imtiyaz verən nömrələr ləğv edilməlidir. Əgər hansısa vəzifə sahibinin xidməti avtomobili üçün üstün hərəkət hüququ zəruridirsə bu siyahı ilə təsdiq olunmalı və fərqləndirci nömrə nişanı verilməlidir”- hüquq müdafiəçisi bildirib.
Tarix: 12-09-2019, 17:18
Xəbəri paylaş





Xəbər lenti