“AZADLIQ HAQQINDA BİR MAHNI ÖLDÜRÜR MƏNİ …” !!!




RÜSTƏM BEHRUDİ-60 

O, ALLAH ŞAİRİ, HAQQ ŞAİRİDİ!

O, MİLLƏT ŞAİRİ, XALQ ŞAİRİDİ!

O, SEVGİ ŞAİRİ, EŞQ ŞAİRİDİ!

BUYURSUN MƏCLİSƏ, RÜSTƏM BEHRUDİ!!!

———————————————————————-

rüstəm-5Rüstəm BEHRUDİ

YAZIQ DİBÇƏKLƏRDƏ YANIB, KÜLƏ DÖNƏN ÇİÇƏK AZADLIĞIMIZ, 

YAZIQ MƏNƏ,  KOR OLURAM TÜSTÜNƏ…  

… “AZADLIQ SUSAN MEYDANDI BİR DƏ,

KÖZ KİMİ BAĞRINA BASIB BAKI,

BİR DƏ YATAN QİYAMDI,

QİYAMDI RUHUMDAKI”

 

Azadlıq bu şirin sözdə nələr var,rüstəm behrudi-21-21

Azadlıq yoxdursa, viranələr var.

I

Bütün pərdəsiz pəncərələr

Qəm pəncərəsidir, qəm …

…Istanbulda Kadıköydə

Çamlıca xəstəxanasınınrüstəm behrudi-12

pərdəsiz pəncərələrindən

Həyətdə qar altında çiçəkləyən

Gilənar ağacına baxa-baxa

Sən və Azadlıq haqqında

düşünürəm…

Və elə bu an;

xatırlayıram –RÜSTƏM-6

Sən azad olasan deyə

Nə cür əl çəkdim azadlığımdan.

II

Azadlıq!

Ah, mənim azadlığım!

– Qarımış bacı, yenilmiş qardaş,

Gəlməyəcəyini bilə-bilə

Oğul yolu gözləyən ana…ana-oğul

Tanrım! Ölüm yatağında

Ölüm də çox asan görünür

azadlığı olmayana.

III

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənənazad qadın

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

Azadlıq!

Bu şirin söz dilimdə

zəhər dadır;

Azadlıq Bakıda

Gecələr sağ-solu

Fahişələrlə dolu

Gedib dənizə dirənənazadliq_prospekt

Ən uzun bir küçənin adıdır…

Bakıda Azadlıq sadəcə

bir küçənin adıdır.

“Azadlıq” susan meydandı bir də

Nə zamandı köz kimi

bağrına basıb Bakı;

Bu meydan indi addı

Bir də yatan qiyamdı,

qiyamdı ruhumdakı.azadlıq meydanı-001azadlıq meydanı

Bu məmləkətdə şairlər lal-kar,

Əvəzində Bakının küləkləri dəlidi,

Əvəzində Bakının çiçəkləri dəlidi…

Azadlıq – Bakıda soyunan bir qadın heykəlidi…

IV

…Azadlıq Sinqapurdaorxideya

orxideya çiçəyidi;

Bu məmləkətdə dibçəkdə doğulub

Dibçəkdə yaşayıb, dibçəkdə ölər.

Yazıq dibçəklərdə yanıb, külə dönən

çiçək azadlığımız,

Yazıq mənə, kor oluram tüstünə…

…Azadlıq Sayqonda

Düşmən qərargahına uzanansayqonsayqon-001

250 km-lik yeraltı tuneldi

Təkbaşına döyüşçü Kuçili qızlar

Gəlin gedən kimi gedər,

gedər düşmən üstünə.

V

Qərbdə Azadlıq!amsterdamda azannotr-dam-de-pari-2

– Amsterdamda azan səsidi,

Tarix: 15-09-2019, 15:50
Xəbəri paylaş





Xəbər lenti