“Vurğun Əyyub yaşayır...” - Açıqlama


“Vurğun Əyyub yaşayır...”
"Hal-hazırda Vurğun Əyyubun həkimi Adil Qeybulla ilə danışdım. Vurğun bəy sağdır. Səhhəti ağırdır . Xahiş edirəm ölümü haqqında doğru olmayan məlumatlari yaymayın. Nəzərə alın ki, həmin statusları Vurğun bəyin ailə üzvləri oxuyur və çox həyəcanlanırlar".
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin müavini Ellada Məmmədli məlumat verib.

Qeyd edək ki, sosial şəbəkədə Vurğun Əyyubun dünyasını dəyişməsi ilə bağlı məlumat yayılıb.

Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyubun vəziyyəti ötən axşam ağırlaşıb.
Tarix: 23-09-2019, 09:13
Xəbəri paylaş





Xəbər lenti