Gültəkin Hacıbəyli saxta "Facebook" kimliyini necə ifşa etdi? - FAKT


Gültəkin Hacıbəyli saxta "Facebook" kimliyini necə ifşa etdi? - FAKT

Demokratik Qüvvələrin Milli Şurası adlanan siyasi qurumun rəhbərləri və fəal üzvləri sosial şəbəkələrdə aktivdir. 

Onların çoxu da yazışma və müzakirələrdə saxta profillərlə çıxış edirlər. Bunu bəzən özləri bilməyərəkdən üzə çıxarır, sosial şəbəkədə saxta kimliklərini ifşa edirlər.

Cebhe.info xəbər verir ki, bu günlərdə maraqlı bir fakt üzə çıxıb. Belə ki, Milli Şuranın Koordinasiya Şurasının üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli statusların birində onun ünvanına yazılan tənqidlərə başqa, “Turkel Oguz” profili ilə cavab verib. Gültəkin Hacıbəyli özünün "Facebook" səhifəsində Milli Şuranın 28 sentyabra elan etdiyi mitinqi təbliğ edən status yazıb: 

“…Digər tərəfdən isə liberalizm adı ilə Qərbdən idxal olunan əxlaqsızlıq, milli ənənələrə, ailə bağlarına nifrət kimi, əslində Qərbin özünün də qəbullanmadığı dəyərsizlik və natamamlıq kompleksləri cəmiyyətimizin mənəviyyatını aşılamaqdadır. Bu, çox böyük faciədir. Bu faciəni durdurmaq üçün dövlətimizə sahib çıxmalıyıq. 28 senytabr ümumxalq mitinqi bunun üçün ən gözəl fürsətdir”.

ReAl Partiyasının sədr müavini Altay Göyüşov "Facebook"-da Gültəkin Hacıbəylinin yazdığına ironiya ilə cavab verib:

“Hörmətli Gültəkin xanım yazır ki, 28 sentyabr mitinqi "liberalizm adı ilə Qərbdən idxal olunan əxlaqsızlığı" durdurmaq üçün keçiriləcək. Məncə bu işə YAP baxır, müxalifətin köməyinə ehtiyacı yoxdur”. Altay Göyüşovun yazdığı statusa rəy yazan politoloq Şahin Cəfərliyə isə Gültəkin Hacıbəyli emosiyaya qapılaraq “Turkel Oguz” adlı profillə cavab yazıb. Şahin Cəfərli: “Saxta yolla deputat seçilib, qanunsuz var-dövlət toplamaq əxlaq nümunəsidir yəqin”. Turkel Oguz: “Siz mənim qanunsuz yolla var-dövlət toplamağıma aid bircə nümunə bilirsinizmi? Sizcə, bircə belə fakt olsaydı, hakimiyyət ondan mənə qarşı istifadə etməzdimi? Daha guya16 il əvvəl verilmiş uydurma borcla bağlı bu qədər qanunsuzluğa gedərdimi?! Hakimiyyət trolları atamın 1978-1988-ci illərdə alıb 2004-cü ildə Ziya Məmmədova satmaq məcburiyyətində qaldığı iki mənzili, onların puluna alınan iki mənzili, bacımın, qardaşımın ailəsilə yaşadığı mənzilləri də, 4 sotluq torpaqları da, hətta heç vaxt nə mənə, nə ailə üzvlərimə aid olmayan əmlakı da toplayıb mənə bir əmlak siyahısı düzəldib, siz də o trolların yolu ilə gedirsiniz. Mənim bircə biznes obyektimin adını çəkə bilərsinizmi burada?! Bu boyda böhtan və qərəzi sizə yaraşdırmadım”. 

Beləliklə açıq şəkildə görünür ki, “Turkel Oguz” profili məhz Gültəkin Hacıbəyliyə məxsusdur. Halbuki sabiq deputat və digər Milli Şura rəhbərləri dəfələrlə "Facebook"-da saxta profillərdən istifadə etmədiklərini bildiriblər. 

Vilayət Muxtar
Cebhe.info

Tarix: 23-09-2019, 17:02
Xəbəri paylaş





Xəbər lenti