“Azərbaycanda başçının rüşvət alması yox, rüşvət almaması - sensasiya sayılmalıdır..”


“Gəlin, özümüz-özümüzü aldatmayaq - bir neçə rüşvətxorun tutulmasıyla biz düzələn deyilik...”
3 cümlə ilə bir "quş"... 

Sultan Laçın


Saytlarımızın oxucu qazanmaq xatirinə son dövrlərdə belə xəbərləri sensasiya kimi təqdim etmələri təbiidir: “icra başçısı rüşvət alarkən yaxalandı”, “həkim rüşvət alarkən görüntüləndi” və s.

Fəqət, hamımız  yaxşı anlayırıq ki, Azərbaycan gerçəkliyində hər hansı babat vəzifəli məmurun,   başçının, eləcə də dövlət xəstəxanasında işləyən həkimin və s. rüşvət alması yox, rüşvət almaması sensasiyadır...

Korrupsiyaya qarşı mübarizədə, kiçik də olsa, atılan addımlara kölgə salmaq niyyətində deyilik, amma gəlin, özümüz-özümüzü aldatmayaq - bir neçə rüşvətxorun tutulmasıyla biz düzələn deyilik- aşağıdan yuxarı hamımız dəyişməsək, əqidə, düşüncə sistemimizi yeniləməsək, bizə istər bu, istər o biri dünyada nicat yoxdur...

Sultan Laçın  

Tarix: 20-12-2019, 09:34
Xəbəri paylaş





Xəbər lenti