Kəmaləddin Qafarov mandatını və biznesini itirə bilər - İDDİA


bitmap-img6




Azərbaycanda növbədənkənar parlament seçkilərinin qəfil təyin edilməsi illərlə özlərinə mandat alıb bizneslerini qoruyan və inkişaf etdirən bəzi deputatları çıxılmaz duruma salıb.
 
Eyni zamanda ölkədə aparılan siyasi islahatlar və iqtisadi şəffaflıq korrupsioner məmur-deputatların talelərini sual altına alıb. 
 
Vəzifəsini, mandatını və biznesini itirməklə üz-üzə qalan məmur-deputatlardan bir də Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini, deputat Kəmaləddin Qafarovdur.
 
Xeyli zamandır ki, yerli media deputat Kəmallədin Qafarovun ölkəyə gətirilən tibbi avadanlıq və pereparatların, dərman ləvazimatlarının monopolisti olduğu barədə yazır. 
 
AzFakt.com-un əldə etdiyi məlumata görə deputatın ümumilikdə nəzarətində olan "Azeri Med” MMC, "Kanon” MMC, “Mega Pharmacy” MMC, "Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC və “Naturalist” firması hər il on milyonlarla dəyəri olan tender və ya birbaşa müqavilələrin "qalibi" olur. 
 
Əldə etdiyimiz məlumata görə “Azeri Med” şirkətlər qrupu 2018-ci ilin avqust ayının 3-də heç bir tender olmadan bu şirkətlə Milli Onkologiya Mərkəzi (MOM) arasında 43 milyon manatlıq alqı-satqı aparılıb. Bu 43 milyon pul onkoloji əsasən xəstələrə lazım olan dərman və digər pereparatlar və tibbi ləvazimatlar üçündür. 
 
Ancaq Milli Onkologiya Mərkəzində sadalanan tibbi vəsaitlər xəstələrə heç də asanlıqla verilmir. 
 
Digər tərəfdən Milli Onkologiya Mərkəzinin direktor müavininin kurasiya etdiyi şirkətlərin Səhiyyə nazirliyinin çoxsaylı, dəyəri on milyonlarla ölçülən tender və ya birbaşa müqavilələrinin qalibi olması da "Dövlət Satınalmaları Haqqında" Qanunun bir sıra maddələrinə ziddir. 
 
9 saylı Binəqədi İkinci Seçki dairəsindən deputat seçilən Kəmaləddin Qafarovun deputatlıq müddətində seçicilərin rəğbətini qazanmadığı da deyilir. İddialara görə sözügedən dairədə deputat kimi etibar və nüfuzunu itirən Kəmaləddin Qafarovun başqa dairədən deputatlığa namizəd olacaq.
Tarix: 20-12-2019, 22:21
Xəbəri paylaş





Xəbər lenti