Qubanın İcra Hakiminin milyonlarla ölçülən sərvəti.. FOTO

          
Qubanın İcra Hakiminin milyonlarla ölçülən sərvəti.. FOTO
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin araşdırmasını təqdim edirik:
KORRUPSİYANIN BUYNUZU OLMUR. Bu sənədləri təkrar paylaşıram. Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukrayna və Çexiyadakı şirkətlərinin sənədləridir. Maliyyə hesabatlarında Çexiyadakı şirkətin aktivləri yarım milyon, Ukraynanın Lvov bölgəsi, Nikolayevsk şəhərindəki asfaltzavoda yatırılan sərmayənin həcmi 7 MİLYON avrodur.
Ağstafanın icra başçısının icra nümayəndələrindən, bələdiyyə sədrlərindən yığdığı 3 min, 5 min manat, o birinin 300-500 ədəd 250 manatlıq maaş kartları bu vəsaitin yanında qəpik-quruşdur. Deyirlər, korrupsiyaya qarşı mübarizə aparılır. Bəs bu qədər sənədlər?
7 milyon avro hardandır icra başçısında, niyə sorğulanmır? Bəlkə yeməyib-içməyib, qəpik-qəpik toplayıb.
Bu vəsaitin korrupsiya yolu ilə əldə edilmədiyini sübut edin, mənbəyini göstərin, söz verirəm, səhifəmi bağlayıb birdəfəlik fəaliyyətimi dayandıracağam.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az








Tarix: 21-12-2019, 13:15
Xəbəri paylaş





Xəbər lenti