“Bu icra başçısı öz villasına yataqxana kimi baxırsa...” - Açıqlama


“Bu icra başçısı öz villasına yataqxana kimi baxırsa...”
“İndi də düşüblər İmişlinin icra başçısının üstünə ki, bəs adam "indiyədək yataqxanada yaşayıram" deyib. Hərfi mənada anlaşılmaması aydındır: bir icra başçısının bu formada yazıqlıq obrazı yaratması inandırıcı deyil”.
“Yeni Sabah” xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, mahiyyətcə icra başçısının doğru danışdığını düşünür:

“Bizdə insanların çoxluğunun düşüncəsində ev ya yataqxanadır, ya yeməkxana, ya da istirahətxanadır. Yaxud da mövcudluğunu qorumaq üçün daldalanmaxanadır. Ev nə yaratxanadır, nə kitabxana, nə də emalatxanadır!

O halda nə qədər böyük villan olursa olsun, yeni tikilidə nə qədər böyük mənzilin olursa olsun onun mahiyyəti sənin dünyagörüşünlə tənzimlənir. İndi bu icra başçısı öz villasına yataqxana kimi baxırsa, yenə də normaldır, yeməkxana kimi baxsaydı daha acınacaqlı olmazdımı?”.
Tarix: 23-12-2019, 22:28
Xəbəri paylaş





Xəbər lenti