Əli Kərimliyə qarşı məhkəmə iddiası: - "Pulları haradan alır?"


Əli Kərimliyə qarşı məhkəmə iddiası:
"Yurd" təşkilatının Nəzarət-Təftiş Komissiyasının keçmiş sədri Aydın Əliyev sədr Əli Kərimliyə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Hakim Cəmilə Musayevanın sədrliyilə keçirilən prosesdə Əli Kərimli və nümayəndəsi iştirak etməyib.

İddiaçı tərəf məhkəmədə sərbəst ifadə verib. Aydın Əliyev ifadəsində bildirib ki, Əli Kərimli bir neçə ildir onunla düşmənçilik edirdi: “2015-ci ildə qurultayda Nəzarət-Təftiş Komissiyasına əvvəlcə üzv, sonra sədr seçildim. Bundan sonra Əl Kərimli mənimlə düşmən oldu”.

Aydın Əliyev Əli Kərimlinin bu vaxta kimi təşkilata daxil olan pulların xaricdə yaşayan oğlunun ərəb şahzadəsi kimi yaşamasına xərclədiyini bildirib: "Biz bu haqsızlıqları, özbaşınalıqları gördüyümüz üçün Əli Kərimli məni qanunsuz olaraq NTK-dan uzaqlaşdırdı".

Aydın Əliyev sərbəst ifadəsində mitinqlərlə bağlı da danışaraq, bildirib ki, Əli Kərimli rayondan gələn imkansız tələbələri, gəncləri təşkilata yazır: “Onları qanunsuz mitinqlərə çıxmağa tapşırıq verir. Deyirdi ki, tutulsanız da, eybi yoxdur. Onsuz da Avropa Məhkəməsindən pul alacaqsınız. Əli Kərimlinin bu siyasi dələduzluğuna görə nə qədər gənc həbsdə yatdı. Onda Əli Kərimli haradaydı?”

Aydın Əliyevin dediyinə görə, üzvlük haqqı yığılmır: “Mənə maraqlıdır ki, bəs Əli Kərimli pulları hardan alır? Mənim qızlarım evimin qarşısında göy satırdılar, Əli Kərimlinin oğlu həmin vaxt Avropa Məktəbində oxuyurdu. Sual verirəm, hansı pulla? Bütün bunları tələb etdiyim üçün Əli Kərimli məni uzaqlaşdırdı”.

Nəsimi Rayon Məhkəməsində baş tutan məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Göründüyü kimi, Əli Kərimlinin illərdir haqlı tənqid hədəfi olan fəaliyyəti onunla bir təşkilatda təmsil olunanların da diqqətindən yayınmayıb. Özünə qarşı yönəlik ittihamlardan hər dəfəsində müxtəlif bəhanələrlə yayınmağa çalışan Əli Kərimli bu dəfə öz təşkilatdaşlarının ittihamlarından necə yayınacaq? Çünki ortada kifayət qədər ciddi ittihamlar var və bunlar “Yurd” sədrinin ətrafında təmsil olunan şəxs tərəfindən səsləndirilib. Doğruluq payının inkaredilməz dərəcədə olduğu bu ittihamlardan özünü təmizə çıxarmaq bu dəfə Əli Kərimli üçün çox çətin olacaq.

Doğrudur, bu dəfə də o, həmişəki bəhanələrindən istifadə edərək vəziyyətdən özü bildiyi kimi çıxmağa çalışacaq, böyük ehtimalla məhkəmə prosesinə də qatılmayacaq. Bunu özünə qarşı təzyiq kimi dəyərləndirib radikal müxalif mövqeyi ilə əlaqələndirəcək. Ancaq ortadakı ittihamlardan hansısa birinə məntiqli və tutarlı cavab verməyi sınamayacaq. Çünki bu halda veriləcək heç bir cavabı yoxdur.

Hamıya bəllidir ki, Əli Kərimlinin yaxınları mənbəyi bəlli olmasa da, kifayət qədər bahalı və lüks həyat sürür. Hamıya bəllidir ki, təyin və imtina etdiyi mitinqlər əslində Kərimlinin siyasi eqosunun nümayişi olub. Hamıya bəllidir ki, razılaşdırılmasındn və ya razılaşdırılmamasından asılı olmayaraq, bu aksiyalardan “Yurd” sədri xeyli qazanc götürüb- həm siyasi, həm də maddi mənada. Hamıya bllidir ki, razılaşdırılmamış aksiyalara çıxartdığı, radikal fəaliyyətə cəlb etdiyi gəncləri sonradan siyasi məhbus kimi təqdim etməklə özünə ölkə xaricində divident yığmağa çalışıb. İndi bütün bu əməllərinə görə məhkəmə qarşısında cavab verməli olan “Yurd” sədrinin söylənəcək sözü var?
Tarix: 26-12-2019, 12:54
Xəbəri paylaş





Xəbər lenti