“Milli Məclisdə bizim kateqoriyadan olan insanları təmsil edən yox idi...”- Aprel şəhidinin anası deputatlığa namizəd oldu...

 
2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Silahlı Qüvvələrimizin əsgəri Əbdülməcid Axundovun anası Ceyran Axundova bu ilki deputat seçkilərində öz namizədliyini irəli sürüb. 

Bu haqda Moderator.az danışan C.Axundova şəhid analarının təkidindən sonra belə bir qərara gəldiyini bildirib:

“Sumqayıt şəhərindən mən də seçkilərə qatılıram. Doğrusu, bu haqda fikirləşmirdim, amma məni ətrafımda olan şəhid anaları buna təkid elədi. Onlar dedilər ki, bu seçkilərə qatılın, ölkədə aparılan islahatlar aparılır və ola bilər ki, siz də seçilərsiniz və bizləri də parlamentə təmsil edən olar. Bir sözlə, şəhid analarının arzu və istəyi ilə yola çıxdım. Milli Məclisdə bizim kadeqoriyadan olan insanları təmsil edən yox idi, istəyimiz, təkliflərimiz yuxarıların diqqətinə çatdırılmırdı. Ona görə də 42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyimi irəli sürdüm”.
Tarix: 26-12-2019, 17:12
Xəbəri paylaş





Xəbər lenti