"Etikasız, estetikasız, görməmiş millətimiz..." -İsra başçısının oğlu xalqı təhqir edib


"Etikasız, estetikasız, görməmiş millətimiz..." -İsra başçısının oğlu xalqı təhqir edib
Teref.az yazır ki, sosial şəbəkədə fəaliyyət göstərən qrup Abşeronun İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlunun Feysbuk hesabında yazdığı statusunu paylaşıb. İradə xanımın oğlu Məhəmməıd Gülməmmədov öz statusunda milli heysiyyətimizə toxunan ifadəlr işlədib. Bu və başqa məsələlər barədə sosal şəbəkədə fəaliyyət göstərən "Korrupsiya Araşdırmaları Mərkəzi" paylaşım edib.
Paylaşımı diqqətinizə çatdırırıq:
Abşeronun İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlu Məhəmməd Gülməmmədovun Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunu ərazisində 2 mərtəbəli, mansardlı villasının sahəsi 1855 kv. metrdir. Villa 18 sot torpağın içində tikilib, layihəsi "Məkan-İnşaat" MMC tərəfindən hazırlanıb.

✔Məhəmməd Gülməmmədov Milli Məclis aparatında çalışır. Çalışır deyəndə ki, orda adı gedir, maaş alır, amma özü restoran biznesi ilə məşğuldur. Paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən "Gutab House" restoranlar şəbəkəsi Məhəmməd Gülməmmədova məxsusdur:

Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən "Gutab House";

Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakə "Gutab House" restoranı;

Yasamaldakı "Gutab House";

Bakıxanov qəsəbəsindəki (keçmiş Razin) "Gutab House";

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi "Gutab House".

✔İcra başçısının gül balası anasının vəzifəsi hesabına özünə dəbdəbəli villa tikdirir, Bakının dörd bir yanında restoranlar açır, bir də üstəlik xalqı aşağılayır. Facebook hesabında yazıb ki, "etikasız, estetikasız, görməmiş, günorta yuxudan duran millətimiz" onun istirahətini pozurmuş.
Paylaşın ki, hamının xəbəri olsun..

Teref.az olaraq qarşı tərəfində mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az



http://teref.az/manset/138443-etikasiz-estetikasiz-gormemis-milletimiz-sra-bascisinin-oglu-xalqi-tehqir-edib.html

http://teref.az/manset/138443-etikasiz-estetikasiz-gormemis-milletimiz-sra-bascisinin-oglu-xalqi-tehqir-edib.html
Tarix: 4-01-2020, 16:21
Xəbəri paylaş





Xəbər lenti