Evi dağılan ailə başçısı prezidentdən kömək istədi: "Ailəlikcə evsiz-eşiksiz qalmışıq..."

 
  Bu il fevralın 5-də Şirvan bölgəsində baş vermiş zəlzələnin törətdiyi fəsadlar hələ də aradan qaldırılmayıb. Zəlzələ Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 2.ev 19 ünvanında yaşayan Sərkar Mirzəliyevin evini də qəzalı vəziyyətə salıb. Ev sahibi problemin həlli üçün dəfələrlə dövlət qurumlarına müraciət etsə də, həll edilməyib.
S.Mirzəliyev Criminal.az saytına müraciət edərək bildirib ki, qəzalı evdə həyat yoldaşı, iki oğlu, gəlini və iki nəvəsi ilə birgə yaşayır. Onun sözlərinə görə, 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarət olan ev 80-ci illərin sonlarında inşa edilib: 

Sərkar Mirzəliyev 
"2019-cu ilin fevral ayının 5-də baş verən zəlzələdən həmin evin divarlarında çat yaranmış, uçmaq təhlükəsi yaranıb. Məcbur qalıb ailəlikcə evdən çıxmışıq, hazırda  evsiz-eşiksiz qalmışıq. Fövqəladə Hallar Nazirliyinin rayon şöbəsinin nümayəndələri tərəfindən bir neçə dəfə evə baxış keçirilib, evin yaşayış üçün yarasız və təhlükəli olduğu müəyyən edilib, yenidən inşa edilməsinin zəruri olduğu bildirilib. Hazırda çətin vəziyyətdə qalmışıq. Artıq neçə aydır ki, evdən kənar düşməklə evimizin yenidən inşa edilməsini gözləyirik". 

Şikayətçi deyir ki, prezidentinin 2006-cı il 29-dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən agentlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir.
-8.9. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərin,binaların və qurğuların qəza səbəblərinin müəyyənləşdirilməsini təşkil etmək, bu qəzalar nəticəsində dəymiş ziyanın qiymətləndirilməsini təmin etmək.
-8.10. təbii və texnogen qəzalar nəticəsində zərər çəkmiş ərazilərdə,bina və qurğularda bərpa və yenidənqurma işləri təşkil etmək və bu işlərlə bağlı sifarişçi funksiyalarını(dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələri istisna olmaqla) yerinə yetirmək.
-8.40.dövlət büdcəsi və büdcədən kənar fondlar hesabına fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tikinti,təmir və bərpa işləri üçün podratçıların seçilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək və.s Buradan göünür ki,zəlzələ nəticəsində yararsız hala düşmüş evlərin baxışını keçirmək, vəziyyətini qiymətləndirmək, bu barədə rəy vermək, yenidən təmir və inşa işləri ilə bağlı nazirlik qarşısında təklif vermək və.s agentliyin vəzifələri sırasına daxil edilib. 

S.Mirzəliyev sayt vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edərək köməklik istəyir: "Bilirəm ki, siz də ailə sahibisiniz. Siz də valideyinsiniz! Çətin ailə şəraitinin nə olduğunu gözəl bilirsiniz. Hər saniyə uşaqlarımın, nəvələrimin çətin vəziyyətini gördükcə sarsıntılar keçirirəm. Ona görə də xeyirxah və insanpərvərliyinizi bizdən əsirgəməyərək mənə yardım əlinizi uzadacağınıza tam qəlbimlə inanıram! Hesab edirəm ki,Azərbaycan vətəndaşlarının qanunla qorunan sağlam həyat şəraitində yaşamaq hüquqlarının bu şəkildə pozulması və tapdalanması yol verilməzdir və qanuna ziddir. Ümid yerimiz təkcə sizsiniz və bizə bu məsələ ilə bağlı köməklik göstərəcəyinizə inanırıq. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan Dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi,onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qqayğısına qalır. Siz,yüzlərlə köməksiz və qayğısız ehtiyacı ola, haqları pozulan insanların imdadına çatmışınız.
Həmçinin, ümidvaram ki, Heydər Əliyevin vətəndaşın yaşayış şəraitinə, mənzil şəraitinə, təminatına göstərdiyi diqqət və qayğını dövlətimizin bizə münasibətində əsas götürərək müraciətimizi diqqətdən kənarda qoymayacaqsız. Yuxarıda qeyd olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci və "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunun 10-cu maddəsinə əsasən sizdən artıq dərəcədə xahiş edirəm ki, zəlzələ nəticəsində yararsız hala düşmüş Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 2 ev 19 ünvanda yerləşən fərdi yaşayış evinin inşa və təmir edilməsi ilə bağlı aidiyatı qurumlara göstəriş verəsiniz". 

Ağsu rayon İcra Hakimiyyətindən Criminal.az-a bildirildi ki, qəzalı evlərin təmiri və yenidən tikilməsi Fövqəladə Hallar Nazirliyinin səlahiyyətindədir. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin köməkçisi bildirdi ki, şikayətçi məsələ ilə bağlı FHN-ə müraciət etməlidir: "Çünki qəzalı evlərə baxışı keçirən FHN komissiyası olub, rəy veriblər. Bu işdə icra hakimiyyətinin heç bir rolu və səlahiyyəti yoxdur". 












Tarix: 5-01-2020, 21:39
Xəbəri paylaş





Xəbər lenti