Şəhid anasına verilmiş qan puluna da göz dikən DYP işçisinin əməllərinə niyə son qoyulmur?

           
Şəhid anasına verilmiş qan puluna da göz dikən DYP işçisinin əməllərinə niyə son qoyulmur?
Şəki rayonunun Aşağı Göynük kənd sakini, şəhid anası Əbdürəhimova (Zamanova) Məfkurə Zaman qızı tərəfindən Prezident İlham Əliyev cənablarına, birinci Vitse- prezident Mehriban xanım Əliyevaya, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova, Daxili İşlər naziri V. Eyvazova, DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə, DIN-nin Baş Dövlət Yol polis İdarəsinin rəisi R.Zeynalova və mətbuat orqanlarına oğlu Sadiqin sifarişlə ölümcül döyülməsindən verdiyi şikayətin Şəki rayon Polis İdarəsində düzgün baxılmamasından, saxta 24 noyabr qərarının ləğv edilməsi və şikayətinin araşdırılmasını Qax rayon Polis Şöbəsinə həvalə edilməsi ilə bağlı müraciət ünvanlayıb. 
Aktualinfo.org olaraq qeyd etmək istərdik ki, şəhid anası Məfkurə Zamanovanın oğlu Sadiq Əbdürəhimovun son bir neçə ayda üzləşdiyi problemlərlə bağlı bir neçə dəfə geniş məqalə dərc etmiş, yuxarıda adları çəkilən orqanlara vətəndaşın üzləşdiyi haqsızlıqların qarşısının alınması üçün tədbirlər görülməsi barədə müracıətlər etmişdik. Lakin şəhid anasının redaksiyamıza təkrar müraciətindən belə bəlli olur ki,vətəndaş Sadiq Əbdürəhimova qarşı olunan haqsızlıqlar hələ də davam edir.Odur ki, Aktualinfo.org Məfkurə Zamanovanın müracıətini olduğu kimi oxucuların diqqətinə çatdırır.O,yazır:

Çox hörmətli Prezident İlham Əliyev, Mehriban xanım, Zakir Qaralov, Vilayət Eyvazov, Fikrət Məmmədov.


Əvvəlcə xatırladım ki,ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur. Onlardan ən böyüyü torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş,rəhmətlik Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım, nə də övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da, dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1999-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşaq böyütmüşəm. Böyük oğlum Faiqi də həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ild Qarabağ müharibəsinə bu daxmadan yola salmışdım. O cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib muzdla işləyib həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Düzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsi və 36 yaşlı subay oğlum Həzi ilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq.

Amma bu birtəhər yaşamağı da mərdiməzarlar qoysa. Belə ki, 2019-cu ilin oktyabrın 3-də günortadan sonra oğlum Sadiqə bildiriblər ki, səni Şəki DYP əməkdaşları axtarırlar.O, Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb VAZ 2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşür. Biri mülkü formada, digəri polis formasında olur.Oğluma deyirlər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini həbs edib aparmalıyıq. Sürücülük vəsiqən də ləğv olunur. Sadiqlə bir yerdə olan Hümmətov Ziyəddin Kamal oğlunun yanında özlərini DYP işçiləri adlandıranlar tələb ediblər ki, ya 200 manat hörmət elə ki, biz sistemdən bu cəriməni silək, ya da avtomobili aparmalıyiq və “prava”n da ləğv olunacaq.( Bu danışığın Adamovun səs yazısı vardır)

Sadiq yaxındakı “Ulduz” marketdəki aparatda cəriməni ödəməyə tanışını göndərir. O saat 16-50 dəqiqədə 16 manat cəriməni ödəniş edib gələndə, polis R. Adamov qəbzə baxmadan avtomobiliə oturub özbaşına sürüb gedirlər., Oğlum da DİN-nin 102 xidmətinə zəng edir.

Məsələ Şəki Prokurorluğunda və Polisində araşdırlır və ört basdır edilir. DYP əməkdaşı Ramil Adamov Sadiqin əmisi oğlu Mehdinin 077 500 70 05 mobil nömrəsinə gizli nömrədən 11 oktyabrda zəng edərək oğlumun gedib şikayət ərizəsini geri götürməyii tələb etmiş, bu günün sabahı da var deyərək hədə qorxu gəlmişdir. Polis R.Adamovun bu hədə-qorxusunun qarşısını almaq üçün Sadiq Əbdürəhimov 25 oktyabr 2019-cu ildə DİN-ə,şəxsən cənab Vilayət Eyvazova özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsi barədə rəsmi müraciət göndərmişdir.

Yaxşı ki, bu hadisə ilə bağlı aparılan araşdırmanın cavabı olaraq DİN-nin Baş Dövlət Yol Polis İdarəsi rəisinin 29 oktyabr 2019-cu il tarixli məktub göndərmişdir: “ Bildirilir ki, Şəki RPŞ-nin DYP-nin baş inspektoru R.Adamov ciddi imtizam məsuliyyətinə cəlb olunmuşdur.”

Cənab Prezident! Oğlum Sadiq Şəki DYP işçisi R.Adamov tərəfindən gizli nömrədən hədlənməyindən və baş rəisi general R.Zeynalov tərəfindən ciddi cəzalandırıldıqdan sonra oğlum Sadiq iki muzdlu tərəfindən vəhşicəsinə döyülmüşdür. Belə ki, 19 noyabrda qonşumuz oğlumu Şəki şəhərindəki “Şəki”şadlıq evinə toya dəvət etmişdi. Toyun ortasında digər qonşum Rasim Əlimərdanovun oğluma sözü olduğunu və həyətə çıxmağını istəyib. Oğlum dəvəti normal qəbul edib şadlıq evinin həyətinə, yol tərəfə çıxan kimi onu dəvət edən və digər yekəpər qohumu olan qaydasız döyüş üzrə Azərbaycan çempionu olmuş Nurəddin Nazim oğlu heç bir söz demədən başlayıblar onu vəhşicəsinə, amansızlıqla döyməyə. Nazim sanki kiminsə sifarişini yerinə yetirirmiş kimi oğlumu hüşü itəndən sonra da vəhşicəsinə döyməyi davam etdirmiş , bu anda qaynı Kamal özünü yetirdikdə muzdlu qatillər dərhal qaçmağa başlamışlar. Bütün toyda iştirak edən 400 nəfərin gözləri önündə baş vermiş vəhşiliyin, qəddarlığın nəticəsində Sadiq şoka düşmüş, yaxşı ki, toya gəlmiş Sərxan həkim ona ilk tibbi yardımlar göstərdikdən 30 dəqiqə sonra oğlum gözlərini açmışdır. Bütün bu sifariş hərəkətləri şadlıq evinin kameraları altında, və yüzlərlə toy iştirakçısının gözləri önündə baş vermişdir. Oğlumu ağır vəziyyətdə kəndə gətirib evdə uzandırdılar. Sir-sifəti dağılmış, 1 dişi düşmüş, çoxlu qan itirmiş və ağrının dəhşətindən bükülü vəziyyətdə qalmışdı. Buna baxmayaraq o mənə şikayət etməyə qoymurdu. Özü zəng edib Rasimə bildirdi ki, gəlin üzr istəyin. Hər ikisinin cavabları bu oldu ki, yaxşı etmişik döymüşük, gedin hara istəyirsiniz şikayət edin.Bu cavabdan sonra mən dərhal DİN-nin 102 xidmətinə zəng vurub şikayət etdim. Sabahı günü oğlumu ölümcül döyən qaydasız döyüş üzrə Azərbaycan çempionu Nurəddin,qohumu Rasim və ailə üzvləri bizə gəlib yalvar-yaxar etdilər ki, Sadiq bizi bağışlasın. Oğlum hər ikisinə sual verdi ki. deyin görüm mənim bu vaxtadək sizinlə hər hansı bir işim olubmu, borcum, ya da bir pis söz demişəmmi? Deyin mən də öz günahımı bilim. Hər ikisi qeyd etdilər ki, yox səninlə bizim heç bir hətta xırda da olsa problemimiz olmayıb. Bəs o zaman niyə məni heç bir söz demədən bu hala saldınız.? Hər ikisi evimizə yığılan camaatın qarşısında yerə baxaraq bilməmişik, piyan olmuşuq cavabını verdilər. Məni də ağrıdan budur ki, Krılovun “Qurd və quzu” təmsilində heç olmasa qurd quzunu yemək üçün bir iki kəlməlik dialoqa girir. Bu qatillər isə oğluma heç bir söz demədən başlayıblar vəhşicəsinə döyməyə. Yaxşı ki, yaxındakı adamlar onu ölümdən xilas ediblər. Oğlum çox arıqdır və balacaboyludur. Cəmi 52 kq çəkisi var. 1 aydan çoxdur ki, oğlum beyin silkələnməsindən gecələr yata bilmir. Muzdurların bu sözündən biz kənd camaatı belə başa düşdük ki, onlara kimsə Sadiqin son dərəcə qəddarcasına döyülməsini sifariş veribmiş. Və sifariş çox tələskənliklə, süni formada həyata keçirilib. Heç olmasa yalandan mübahisə etməyi də yaddan çıxarmışlar. Şikayətimlə bağlı Şəki polisində müstəntiq hər iki tərəfdən izahatlar alıb öz bildiyi kimi qondarma tərtib edərək 24 noyabrda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.(Tərtib etdiyi uydurma izahatlar əsasında) Bu qərar bizə 5-6 gündür çatıb. Düzdür, oğlum onu döyənlərdən deyil, sifariş verən caninin tapılıb cəzalandırması üçün 26 noyabrda yenidən şikayət vermişdir. Və hazırda da Şəki polisində araşdırma formal olaraq davam edir. Bunu görən DYP polisi Ramil Adamov dekabrın 24-dək oğlumun qaynatası Ziyəddinə və digər şəxslərə zənglər edərək yenə şikayətini geri götürməsini onun bu döyülmə işinə aidiyyatının olmamasını bildirmiş və Şəki DYP idarəsinə dəvət edərək onun avtomobilinə dəymiş zərərəi ödəməyə hazır olduğunu bildirmişdir. Oğlumun bu şərtlərlə razılaşmadığını bildikdən dərhal sonra R.Adamov vəziyyətdən çıxış yolu kimi Sadiqi qorxutmaq və cəzalandırmaq üçün onun barəsində iddia qaldırararaq ona dəymiş 10000 manat maddi və 20000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə Şəki məhkəməsinə müraciət etmişdir. Maraqlı burasıdır ki, iddia elə verildiyi gün, 24 dekabrda hakim Pərviz Hacıyevin icraatına verilmiş və dərhal da bildiriş poçtla göndərilərək ildırım sürətilə yeni ilin birinci iş gününə hazırlıq iclası təyin olunmuşdur. Bundan artıq sifariş necə olur, hörmətli mənim qohumum Fikrət Məmmədov? Nəticəsi əvvəldən bəlli olan məhkəmədə Ramil Adamovun məqsədi budur ki, sentyabr ayında mənə verilən şəhid oğlum Faiqin “qan pulu” olan 11000 manat pulu bu formada ələ keçirsin. Amma onun tələb etdiyi 30000 manat pulun hamısını vermək iqtidarında deyilik axı. Nə olsun ki, o Sadiqin şikayətlərini ört basdır etmək üçün iddiada tələb etdiyi qədər ziyana düşmüşdür?Elə ildırım sürətli Şəki Məhkəmə icraatı da bundan xəbər verir. R.Adamov iddianı verərkən Şəki Polis Şöbəsindən qanunsuz əldə etdiyi 24 noyabr 2019-cu il tarixli qərarını da məhkəməyə təqdim edib. Yəni Şəki Polis Şöbəsi R.Adamovu “xilas” etmək üçün ona qanusuz olaraq sənəd verib şərait yaradıb ki, onu məhkəmə oyunbazlığı ilə istintaqdan yayındıra bilsinlər.Çünki, Şəki Polisində 24 noyabr əsassız və sonradan ləğv edilən qərarında sanki günahkar oğlum göstərilirdi. Bəli, biz indi də oğlumun döyülməsinə şifariş vermiş cinayətkarın tapılaraq cəzalandırılmasında israrlıyıq. Və məsələnin araşdırılmasının polis R.Adamovun nüfuz dairəsinə daxil olan ona havadarlıq edən Şəki Polisində deyil, Qax Polis Şöbəsində araşdırlmasını xahiş edirik.Və bu döyülmə faktı üzrə polis R.Adamov bizim üçün əsas şübhələndiyimiz şəxsdir. Sadiqin bu günə kimi heç vaxt heç kimlə işi olan deyil. 6000 əhalisi olan kəndimizdə kimsə desə ki, Sadiqdən kiçik incikliyim var, o zaman biz ailəvi kəndi tərk etməyə hazırıq.

Bir məsələni də xatırladım ki, 2019-cu ilin aprelin 12-də qohumum olan Şəki Maliyyə İdarəsinin müdiri Vüqarın oğlunun idarə etdiyi NİVA avtomobili Kiş körpüsünün yanında Şəki DYP əməkdaşları tərəfindən saxlanılmış və NİVAnın arxası yatıq olması bəhanəsilə ona zorakılıq göstərərək DYP idarəsinə aparmış, avtomobili cərimə meydançasına,özünü isə həbs etmişlər. Halbuki, oğlan NİVA-ya 4 kisə sement yığmışdır. Avtomobilin və sürücünün azad edilməsi üçün Vüqar müəllimin bacanağı, Şəki İcra Hakimiyyəti başçısının 1-ci müavini olan Həsən Həsənov ( nazir Fikrət Məmmədovun əmisi oğlu) dəfələrlə Şəki DYP rəisi Ş.Uluxanova zənglər etsə də rəis telefonu açmamışdır.Baş vermiş bu insidentlə bağlı Daxili İşlər nazirinə DYP özbaşnalığı barədə məruzə edilmişdir Baxın. Indi də oğlum Sadiqin DYP rəisinin dostu olan R.Adamovdan verdiyi şikayəti bu polislər guya qohumum Vüqarın sifarişilə verildiyini düşünür və Sadiqi məhkəməyə sifariş verməklə cəzalandırmağa çalışırlar.Motiv də budur.

Cənab Prezident! Şəhid anası kimi Sizə müraciət edir və xahiş edirəm oğlumun qəddarcasına döyülməsinə sifariş verənlərin tapılaraq cəzalandırlmasını Qax rayon Prokurorluğunda və Polis Şöbəsində vicdanlı və peşəkar müstəntiqlər tərəfindən araşdırılmasına şəxsi nəzarətiniz altında göstəriş verəsiniz.

Aktualinfo.org
Tarix: 6-01-2020, 10:11
Xəbəri paylaş





Xəbər lenti