“Son zamanlar ailədaxili münaqişələrin sayı artıb...”


“Karantin dövründə ailələr evdən çıxa bilmirdilər və ehtimal edirdilər ki, daha yaxşı möhkəmlənə bilərlər, amma təcrid müddətindən sonra hadisələr daha da gərginləşib”

Bunu Moderator.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. Qurum sədri ailədaxili münaqişələrin son dövrlər artdığını bildirib:

“Karanti rejimində yox, amma “yumşaltma”dan sonra ailədaxili münaqişələrin sayı artıb. Bununla bağlı biz monitorinq də keçirdik. Karantin dövründə ailələr evdən çıxa bilmirdilər və ehtimal edirdilər ki, daha yaxşı möhkəmlənə bilərlər, amma təcrid müddətindən sonra hadisələr daha da gərginləşib. Buna görə də bizim quruma işgəncəyə məruz qalan doqquz qadın daxil olub. Onlardan birinə Xəzər rayon Polis İdarəsi işgəncə faktı kimi ekspertiza rəyi verdi. Digəri Sumqayıtdan gələn qadındır ki, onun da zərbədən bədəni gömgöydür. Əslində bunlar yeni zorakılıq deyildi, davamlıydı. Onlardan biri bizə dəfələrlə müraciət edib sonra barışmışdı. Digəri bu vaxta qədər susmuşdu. Bunların bir çoxunun həyat yoldaşı narkotik aludəçisi olan adamlardır. Burda polis öz işini görür, real təhlükə var, cinayət işi açılıb. Onlara biz də psixoloji yardımlar göstərəcəyik və sonrakı hallarda qohumları dəstək versə, onların yanında işləyib həyatlarını dəyişəcəklər. 
Tarix: 11-05-2020, 17:56
Xəbəri paylaş





Xəbər lenti