Zərərçəkən ana və balanın həbsi böyük qalmaqal yaradıb-VİDEO


image here


Prokurorluğun günahı üzündən dolaşıq və qərəzli aparılmış istintaq ana-balanın birlikdə günahsız həbsinə səbəb olub…

«Bakı şəhər Prokurorluğu tərəfindən 04.04.2017-ci ildə zərərçəkmiş Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin şikayəti əsasında Ağayeva Rübabə Ləlal qızı və onun qohumlarına qarşı Azərb. CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanılmışdır. Bu barədə Bakı şəhər Prokurorluğu tərəfindən zərərçəkmiş şikayətçilərə verilmiş çoxsaylı və müxtəlif məzmunlu cavab məktublarında rəsmən bildirilir. R.Ağayevanın cinayət əməlini təsdiq edən özünün əl yazısı və səs yazıları, videogörüntülər ilə verilmiş borc müqaviləsi və bu əlyazmanı təsdiq edən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspertiza rəyi ilə təsdiqlənir. Rəydə bir daha bildirilir ki, həmin əl xətti ilə yazılmış müqavilə, eləcə də səs yazısı, videgörüntüdəki kadrlar və s. ona məxsusdur və o, bunları heç bir kənar təsir olmadan icra etmişdir. Eləcə də aldığı qızıl-zinyət əşyalarını səmimi etirafı ilə təsdiq etimişdir…».
Bütün bunlar Lalə İbrahimovanın anası (Hüseyn Əlizadənin nənəsi) Səfurə Əbdüləhəd qızı Həsənovanın Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya şikayət ərizəsində və «Təzadlar» qəzetinə video müraciətində qeyd olunur.

Bakı şəhər Prokurorluğunda 180 dərəcəli əks qərar necə meydana çıxdı?


Səfurə Əbdüləhəd qızı Həsənova əlavə edir: 
«Hörmətli Mehriban xanım! Hörmətli redaksiya!
Lakin bir müddət sonra istintaqa nəzarət edən Bakı şəhər Prokurorluğu mövqeyini 180 dəfrəcə dəyişmişdir. Belə ki, Bakı şəhər Prokurorunun köməkçisi Tural Aslanovun, prokurorluğun polisə nəzarət şöbəsinin prokuroru Elnur Cəfərovun və Bakı şəhər Baş Polis İdarəsində istintaq işlərinə dair kurator Anar Ələkbərovun «Azərenerji» ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevin sifarişi əsasında və özlərinin açıqca söylədiyi kimi, aldıqları pul müqabilində 08 fevral 2018-ci ildə həmin cinayət işi Bakı şəhər Baş Polis İdarəsində onların tanışları Elçin Qurbanovun icraatına verilmişdir. Həmin ilin mart ayında Elçin Qurbanov dəfələrlə bizə təkidlə xahiş etmişdir ki, mənim bu istintaqın obyektiv aparılmasına gücüm çatmır, təzyiq var, yuxarıdan tapşırılmaq lazımdır. Bir müddət sonra sifarişlə və əldə olunan mötəbər sübutlara baxmayaraq özlərinin etiraf etdiyi kimi 50 min manat pul müqavilində Bakı şəhər Prokurorluğu həmin cinayət işinin istintaqını dayandırmış və zərərçəkmiş ana-balaya qarşı bu dəfə dələduzluq maddəsi ilə cinayət işi başlanılmış, 11 iyul 2018-ci il tarixdə heç bir sübut və əsas olmadan məlum sifarişlə İbrahimova və oğlu Əlizadə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilmiş, təcili surətdə barələrində Azərb. CM-nin 178.3.2 maddəsilə cinayət işi başlanılmış, hər ikisi həbs edilmişdir. Hazırkı vaxtadək-3-cü ildir ki, Kürdəxanı təsridxanasında saxlanılırlar. Qəribədir ki, müstəntiq isə Lalə İbrahimovanın əlində olan kifayət qədər mötəbər sübutları bir kənara qoyub, ona borclu olan Rübabə Ağayeva və qeyrilərinin gülməli də olsa, gipnoz sözünü əsas tutub ona cinayət işi başlayıb həbs edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov da məhkəmə prosesində bunun şahidi oldu və təəccüb qaldı. İnanırıq ki, hakim ədalət mühakiməsini qanuni əsaslarla apararaq ədalətli qərar verəcək və ana-baalaya bəraət hökmü çıxaracaq. Bildirirəm ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində Rübabə Ağayeva, onun xalası qızının qızı, bacısı qızının əri və digər yaxın qohumları şahid qismində məhkəməyə cəlb edilmişlər. Digər zərərçəkmiş Rəfael adlı şəxs isə Ali Məhkəmənin qərarı ilə icraya yönəldilmiş, hazırda təqsirləndirilən Lalə İbrahimovaya borclu olan bir şəxsdir. Digər zərərçəkmiş kimi tanınmış Namət adlı şəxs isə Lalə /İbrahimova ilə uzun illər şərik işləmişdir və bu gün Lalə İbrahimovaya Suraxanı rayon Məhkəməsinin qərarı ilə 57 min manat pul borcu olan bir şəxsdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun zərərçəkənlərdən vurulmuş ziyanla bağlı tələb etdiyi maddi sübutların heç biri ortaya çıxarılmır. Müstəntiqin isə ittiham aktında ana-bala Lalə İbrahimova və Hüseyn Əliyzadənin təqdim etdiyikləri mötəbər sübutlarını təsdiq edən ekspertiza rəyinə baxmayaraq, cinayətin motivini belə qoymuşdur ki, guya Lalə İbrahimova və Hüseyn Əlizadə fala baxmaq üsulu ilə həmin şəxsləri gipnoz etmiş, fala baxmağa görə də həmin şəxslərdən 500 min manat pul almışdır. İndiki zamanda bu cür xurafatçılıq etmək mümkündürmü? Bu da bəs olmamışdır. Hətta müstəntiq ittiham aktında yazır ki, guya Lalə İbrahimova Rübabə Ağayevaya bildirmişdir ki, «sən mənə 2 min manat pul ver, bir yerdə içərisində 7 kq qızıl olan küpün yerini deyəcəyəm, gedib götürərsən». Və o da buna inanıb, guya pul verib. Bunu da müstəntiq ittiham aktına yazır və prokuror isə susur! Niyə, onu nə susdurmuşdur??? Qızım Lalə İbrahimova məhkəmə prosesindəki ifadəsində bildirmişdir ki, mən qızıl satışı ilə məşğulam və 7 kq qızılın da dəyərini bilirəm. Əgər elə bir küp var idisə, niyə sizdən 2 min manat alırdım, elə həmin küpü özüm götürərdim. Bundan başqa, qızım L.İbrahimova 10 il ərzində Bakıdakı Mərkəzi Univermaqda vergi ödəyicisi kimi qızıl satışı ilə məşğul olmuşdur və onun Türkiyədən, Dubaydan və digər ölkələrdən Azərbaycana gömrük bəyannaməsi ilə gətirdiyi qızıl-zinyət əşyalarının keyfiyyət sertifikatı və bəyannamələrində göstərilən məbləği hər dəfə 150-200 min manat arası olmuşdur. Belə bir adamın fala baxaraq pul qazanması nə dərəcədə ağlabatandır. İstintaq orqanında belə gülünc motivlərlə iki ana-balanı həbs etmək bağışlanılmaz səhvdir, ədalətsizlikdir.
Hörmətli Prezident!
Çox maraqlıdır ki, Bakı şəhər Prokurorluğunda istənilən vaxtda istənilən şəxsin tapşırığı ilə kimə istəsələr cinayət işi başlatdırıb həbs etdirirlər. Bu necə istintaqa nəzarət orqanıdır? Azərbaycan qanunlarında fala baxma cinayət əməli sayılmır. Yeganə faktdır ki, bu hərəkətə görə ana və bala eyni qurama və yalan motivlə həbs edilir və 3 ilə yaxındır iki körpə əkiz qız balalar isə atalarının üzünü görə bilmirlər. Bu hansı ədalət prinsipinə uyğundur, humanizmdən uzaq bir hərəkətdir. Bu körpə balaların göz yaşları və ahı-naləsi üstündə alınan 50 min rüşvət necə yeyilə bilər?
Hörmətli Mehriban xanım! İnanıram ki, bu cür məmurlara qarşı son zamanlarda başladılan cəza mexanizmi onlara da tətbiq etdiriləcəkdir.
Bütün söylədiklərimi təsdiq edən rəsmi məhkəmə və istintaq orqanlarının qərarlarını, digər maddi sübutları və zəruri sənədləri təqdim edirəm. Bu maddi sübutlar cinayət işinin materiallarında və istintaq, məhkəmə orqanında vardır.
Hörmətlə:
Səfurə Əbdüləhəd qızı Həsənova
Bakı şəhəri, 15 may 2010-ci il»
.
Redaksiyadan: biz də inanırıq ki, Hakim Novruz Kərimov məhkəmə istintaqını obyektiv və ədalətli qərarı ilə yekunlaşdıracaq.




Tarix: 21-05-2020, 18:09
Xəbəri paylaş





Xəbər lenti