Dəhşətli işgəncələr adamı ruhi xəstəyə çevirib



Bəhruz Novruzov adı nə sizə, nə də mənə heç nə ifadə etmir. Əslən Goranboydan olan bu 32 yaşlı gənc adam 2017-ci ilin may ayına qədər I Korpusdakı hərbi hissələrin birində tank sürürdü.Tərtər istintaqı zamanı da dəhşətli işgəncələrə məruz qaldığı üçün indi ruhi xəstədir. Özü sərbəst yemək belə yeyə bilmir.
Bu yerdə sizə bir sual vermək istəyirəm. Heç erməni əsirliyindən xilas olan hər hansı bir hərbiçimizin sonradan ruhi xəstə olduğunu eşitmisinizmi?
P.S. Bəhruzun anası Aygün xanımla uzun-uzadı söhbət etdik. O, 2018-ci ildə Hikmət Həsənovun onlara Babək Səmidlinin vasitəsi ilə Bəhruzun Türkiyədə müalicəsi üçün 12 min manat verib növbəti 4 ildə də daha 40-45 min verəcəyinə boyun olduğunu, daha sonra isə aldadıldıqlarını söylədi.
Aygün xanımdan niyə məhkəməyə müraciət etmədiklərini soruşduqda isə o, qaynı qızının Heydər Əliyev adına Neft Fondunda işlədiyini deyərək onun işdən qovulmasından ehtiyat etdiyini bildirdi.
Təsəvvür edirsiniz, bir ananın tank sürən cüssəli oğlunu işgəncə verərək ruhi xəstə ediblər, ana qaynı qızının işini düşünür. Həqiqətən bilmirsən güləsən, ya aglayasan?!
P.P. S. Bəhruz işgəncə görərək ruhi xəstə oldusa, mən işgəncə görmədən ruhi xəstə olacağam.
Ruslan Fərzəliyev
Tarix: 15-06-2021, 09:31
Xəbəri paylaş





Xəbər lenti