Tehran Mənsimov yeni vəzifəsindən ÇIXARILDI
Xəbər verdiyimiz kimi, Silahlı Qüvvələrin polkovniki Tehran Mənsimov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Xüsusi Təyinatlı Dəstələrin rəis müavini təyin olunmuşdu.Unikal.org-un əldə etdiyi məlumata görə, bir neçə gün öncə yeni vəzifəyə gətirilən T.Mənsimov narazılıq yaradan hərəkət etdiyi üçün tutduğu vəzifədən kənarlaşdırılıb.
Belə ki, polkovnik XDMX-nin Peşə Hazırlıq İdarəsinə rəis müavini təyin edilib.
Tarix: 29-06-2021, 16:29