Əfqan Sadıqovun cəzası azaldılıb



Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovun cəzası 6 ildən 4 ilə endirilib. İyulun 2-də Ali Məhkəmədə İlkin Rəcəbovun sədrlik etdiyi hakimlər kollegiyası buna qərar verib.
Qərardan öncə çıxış edən vəkil Zibeydə Sadıqova deyib ki, müvəkkili ayrıseçkiliyə məruz qalıb. Onunla birlikdə saxlanmış Sakit Muradov eyni əməldə suçlansa da, həbs olunmayıb, bu gün də azadlıqdadır, şərti cəza verilib. Sadıqov isə səhhətində çox ciddi problemlər olmasına baxmayaraq, həbsdə saxlanılır. Vəkil vurğulayıb ki, Sadıqov bu gün suçlandığı əmələ təhrik olunub. Cinayət işinin materiallarındakı sübutlar da bunu açıq-aşkar göstərir.
Prokuror Ziya Hacıyev Sadıqova münasibətdə CM-in 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilib onun cəzasının 6 ildən 4 ilə endirilməsini istəyib.
Qısa müşavirədən sonra Ali Məhkəmənin hakimləri də prokurorun təklifinə uyğun qərarı elan ediblər.
Azadlıq radiosu
Tarix: 3-07-2021, 07:21
Xəbəri paylaş





Xəbər lenti