2-ci Beynəlxalq vokal-instrumental müsabiqə-"BRİTİSH LİON"-un BƏRDƏLİ QALİBİ-FOTOLAR


Bərdə Şəhər Bülbül adına 1 saylı Uşaq İncəsənət məktəbinin şagirdi Aytac Novruzova pandemiya dövründə onlayn beynəlxalq müsabiqədə iştirak edərək yüksək nəticələr əldə edib.
Bu günlərdə Qazaxıstanın Nur-Sultan şəhərində keçirilən Beynəlxalq vokal-instrumental müsabiqəyə qatılan məktəbin vokal şöbəsinin skripka ixtisası üzrə şagirdi Aytac Novruzova 14-16 yaş kateqoriyasında Birinci dərəcəli Laureat adına layiq görülüb.
Bundan öncə isə Aytac Novruzova Bakı şəhərində keçirilən incəsənət müsabiqəsində 14 yaş kateqoriyası üzrə Laureat adına layiq görülmüşdü.
Hər iki müsabiqədəki uğura görə Aytac Novruzovanın  təhsil aldığı Bülbül adına 1 nömrəli Uşaq İncəsənət məktəbinin müəllim heyəti və məktəbin direktoru Nərgiz Şərifova  ən xoş səzlərə və böyük alqışa layiqdir. 

Aytacın 2-ci Beynəlxalq  vokal - instrumental musiqi konkursunun 1-ci dərəcəli laureatı adına layiq görülməsi, Bərdənin adının, şöhrətinin daha da ucalmasına xidmət edir.
Aytac Novruzova hələ yolun başlanğıcındadır. Arzu edirik ki, Aytacın sorağı dünyanın böyük festivallarından gəlsin.
AYTAC SƏNƏ UĞURLAR!
Siyasi ictimai araşdırmalar mərkəzinin portalı SİAM.AZ -ın kollektivi Aytac Novruzovanı ürəkdən təbrik edir və Aytacın qazandığı nailiyyətlərdə əməyi keçən hər kəsə təşəkkürünü bildirir.


Müsabiqədəki uğura görə Aytac Novruzovanın müəlliməsi Xamzaeva Aymira Qimalayeviçə təşəkkürnamə məktubu və diplom təqdim olunub.


SİAM.AZ
Tarix: 27-01-2022, 22:26
Xəbəri paylaş





Xəbər lenti