Deputat: “Sosial şəbəkələr göbələk kimi artır, qanunvericilikdə tənzimlənməsi məsələsinə baxmaq lazımdır”



"Sosial şəbəkələr gündən-günə göbələk kimi artır. Yaxşı qazanc yeri tapıblar: reklam verirlər və s. Müxtəlif yollarla da gənclərin əxlaqını pozurlar. Bəzi sosial şəbəkələrdə aparılan kampaniyalar bizim mentalitetə uyğun olmayan davranışlardır".
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib
 
Deputat bildirib ki, məsələnin həlli üçün qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi mümkündür: "Böyük-kiçik, qadın-kişi var... İndidən uşaqların tərbiyəsini pozmaq olmaz. Hansı valideyn qəbul edər bunu?! Əlbəttə ki, heç kim. Valideynlərin bank kartları ilə sosial şəbəkələrdə pul xərcləyirlər, olmaz belə. Uşaqları, yeniyetmələri düzgün tərbiyə etmək lazımdır. Problemin qarşını almaq üçün ictimai qınaq formalaşdırmalıdır. Məktəblər, ictimai təşkilatlar, bütün tədris müəssisələri bu məsələlərə diqqətlə yanaşmalıdır. Çünki uşaqlar bizim gələcəyimizdir. Uşaqları qorumaq bizim borcumuzdur. Hesab edirəm ki, qanunvericilikdə sosial şəbəkələrin tənzimlənməsi məsələsinə baxmaq lazımdır. Sonra da deyəcəklər ki, jurnalistlərin, eləcə də vətəndaşların söz azadlığını, hüquqlarını pozursunuz. Nəzərə almaq lazımdır ki, bir sıra dövlətlərdə bu məsələlər tənzimlənir".
Tarix: 27-01-2022, 23:23
Xəbəri paylaş





Xəbər lenti