Sabiq deputat: “Rus sektoru məktəblərə adətən övladını həqiqətən elmli-təhsilli görmək istəyən valideynlər üz tutur”


“Məktəblərdən yayımlanan videolara baxanda adam dəhşətə gəlir. Müəllimlər aciz, şagirdlər idarə olunmaz . (Bu, hələ baş verənlərin yüzdə biridir) Bu cür mühitdə oxumaq istəyən uşaqların da tərbiyəsi pozulur, təhsilə həvəsi ölür. Çünki sirr deyil ki, məhz valideyni tərəfindən bir neçə saatlığa da olsa başdan edilən həmin ünsürlər sinifdə "söz yiyəsi"-"ataman" olur”.
 
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Etibar Hüseynov bildirib.
 
E.Hüseynov qeyd edib ki, bu cür vəziyyətdə də ortaya rus dili sektoru-Azərbaycan dili sektoru müqayisəsi atılır: “Bəs görəsən bu fərqin gerçək səbəbi nədir? Axı hər ki, bölmədə də demək olar ki, az bir fərqlə müəllimlər də, şagirdlər də azərbaycanlıdır. Bu fərqin səbəbini deyim: Məsələ ondadır ki, rus sektoru (və ya ingilis təmayüllü və.s) məktəblərə adətən öz uşağının gələcək taleyindən narahat olan, övladını həqiqətən elmli-təhsilli görmək istəyən valideynlər üz tutur. (Məlum videolardan sonra bu tendensiyanın güclənəcəyi də şübhəsizdir) Azsektorda isə bu kultivasiya yoxdu. Yani burada həm də yuxarıda qeyd etdiyim kimi "valideynlər tərəfindən başdan edilənlər" də qarışır. Onlar da bir qədər sonra sinifdə "1-ci skripka"ya çevrilə bilirlər ki, nə evdə valideyn, nə də ki, məktəbdə yazıq müəllimə öhdəsindən gələ bilmir. Nəticədə də gördüyümüz mənzərə yaranır. Bəs çıxış yolu nədir? Bu baxımdan mən öz ehtimallarımı söyləyim. İlkin olaraq orta məktəblərdə icbari təhsil müddəti 5 il olmalı, bütün siniflərdə izləmə kameraları mütləq quraşdırılmalıdır. Müəllimlərin, xüsusən də məktəb direktorlarının fəaliyyətinə ictimai nəzarət gücləndirilməlidir. Bu müddətdən sonra qiymətləri, davamiyyəti, tərbiyəsi qənaətbəxş olmayan şagirdlər məktəbdən xaric olunmalıdır. Qoy gedib 1-2 il hazırlaşıb öz istədikləri sənətin dalıyca peşə məktəblərində və ya kolleclərdə təhsil alsınlar. 5 ci sinifdən sonra yalnız təhsilə həvəsi olan, valideyn tərbiyəsinə sahib olan uşaqlar qalıb oxumalıdır. Vəssalam. Ona görə də Təhsil sistemində təcili və köklü islahatlar keçirilməlidir. Yoxsa uçuruma gedirik...”
Tarix: 28-01-2022, 23:14
Xəbəri paylaş





Xəbər lenti