Hamımız üçün faciəvi durumdur



Bir çox beynəlxalq turnirlərin, İslam Həmrəylik Oyunlarının medalçısı, gənclər üzrə dünya çempionu, 2019 Avropa Oyunları qızıl medalçısı Mahir Əmiraslanov Sabunçu polislərinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatında 40 nəfərlə birlikdə saxlanılıb.
Güləş Federasiyası isə açıqlama yayıb ki, son ölkə çempionatında yer tutmadığına görə onu milli komandadan uzaqlaşdırıblar, ondan sonra xəbərləri olmayıb.


2019-da Avropa Oyunlarında qızıl medal alasan, 2 il yarım keçməmiş federasiyadan uzaqlaşdırılıb, narkotik ittihamı ilə tutulasan. Günahkar təkcə onun özüdürmü, yoxsa, idmançıların təkcə fiziki hazırlığı yox, həm də mənəvi-psixoloji vəziyyəti ilə maraqlanmalı olan federasiya rəsmiləri, Gənclər və İdman nazirliyi, digər dövlət qurumları?
Doğrudanmı bir idmançını belə rahatlıqla “uzaqlaşdırdıq, sonra xəbərimiz yoxdur” deyərək kəsib-atmaq olar? O qədərmi asandır belə bir idmançının yetişməsi? Elə bilirsiniz cəzaçəkmə müəssisəsində ona çox da super bir islah proqramı tərtib edib, islah edəcəklər? Əksinə, adamın həyatını daha da məhv edirsiniz həm bu, həm digər narkotik istifadəçilərini həbsxanaya göndərməklə.
Bir idmançımız narkotik istifadəçisinə çevrilirsə, bunun özü dəhşətli bir siqnaldır, faciədir. Ancaq bu bəlanın həlli tutub hamını içəri doldurmaq deyil, bunu etmək ancaq problemi yamamaqdır, yamaq tədbirləridir. Problemin kökünü analiz edib, oranı təmir etmək lazımdır. Hər yeri yamamaqla ancaq belə hallarla. özü də daha sıx-sıx rastlaşacağıq.
İctimai fəal Bəxtiyar Hacıyev
Tarix: 30-01-2022, 09:30
Xəbəri paylaş





Xəbər lenti