Daha bir partiya sədri Mahir Abbaszadəyə səsləndi: “Bahalı saat kolleksiyasının maddi mənbəyi haradandır?”


“Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saat kolleksiyası ilə mətbuatdan tanış oldum. Mənə çox düşündürücü gəldi: Məgər 3 400 manatlıq deputat maaşı ilə “Patek Philippe” və “Rolex” kimi qiyməti yüz min dollarla ölçülən saatlar almaq mümkündürmü? Əlbəttə, yox! Elə isə bu bahalı saat kolleksiyasının maddi mənbəyi haradandır?”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
Ağasif Şakiroğlu
 
A.Şakiroğlunun sözlərinə görə, “ağzına su almış”, heç bir debata qatılmayan bu YAP-çı deputatların, görünür, zamanı özlərinə bahalı saatlar almaqla keçir deyə öz funksiyalarını unudurlar: “Unudurlar ki, debatlarda təmsil olunduqları partiyanın mövqeyini müdafiə etmək YAP funksioneri olaraq onların borcudur. Bəlkə də dərk edirlər. Dərk edirlər ki, YAP-ın mövqeyini müdafiə etmək bahalı saat almaq qədər asan deyilmiş… Bu səbəbdən susur və debatlardan qaçırlar. Özləri bilər, təmsil olunduqları hakim partiya bilər… Olmaya Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olan bu YAP-çı deputat məcburi köçkünlər üçün ayrılmış sosial inkişaf məqsədli layihələrin pulunu talamaqla məşğuldur? Ümumiyyətlə, YAP rəhbərliyi bu barədə nəsə deyəcəkmi? Niyə susursunuz, cənablar? Prezident İlham Əliyev vətəndaşları ictimai nəzarət prosesində aktiv iştiraka dəvət edir. Əlbəttə ki, çox böyük və olduqca xoşniyyətli çağırışdır. Mən də öz növbəmdə siyasi partiya sədri olaraq aldığım informasiyaların fonunda Prezident İlham Əliyev cənablarının çağırışına qoşularaq hörmətli deputatımıza, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadəyə və təmsil olunduğu Yeni Azərbaycan Partiyasının rəhbərliyinə sual edirəm: Bu “quyunun suyu hardandır” hörmətli Abbaszadədə?! Bəlkə fəlsəfə doktoru olaraq aldığınız bahalı saatların maddi mənbəyini xalqa “fəlsəfi” olaraq izah edib, göstərəsiniz, cənab deputat…”
 Fotoları təqdim edirik







Tarix: 31-01-2022, 23:15
Xəbəri paylaş





Xəbər lenti